Peyğəmbərimiz Muhamməd (SAV) bir hədisi-şərifdə buyurur:
“İnsanların ən çox müsibətə düçar olanları əvvəla peyğəmbərlərdir, sonra dərəcələrinə görə övliyalar və salehlər gəlir…” (Tirmizi, Zühd 57; Əhməd b. Hənbəl, I/172, 174)
Bu cür müsibətə düçar olmuş peyğəmbərlərdən biri də Hz. Əyyub (əs) peyğəmbərdir. Qurani-Kərimin bəzi ayələrində Əyyub (əs) peyğəmbərin dua edərək xəstəliyi üçün Allahdan kömək istədiyi bildirilir.
Bu barədə Qurani-Kərim Ənbiya surəsinin 83-cü ayəsidə belə buyurulur:
Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”
Sad surəsinin 41-ci ayəsində isə mövzu barədə belə buyurulur:
(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”
Uca Allah onun xəstəliyinin xəstəliyinin sağalması üçün ona belə buyurur:
(Ona belə buyurduq: ) “Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və içiləcək sərin (sudur)!” (Əyyub o su ilə qüsl edib ondan içən kimi bütün xəstəlikləri getdi). (Sad-42)
Uca Allah Əyyub (əs) peyğəmbərin duasını qəbul etdiyini növbəti Quran ayəsində belə buyurur:
Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik. (Ənbiya-84)
Mənbə: islamveirfan.com