• 23 Noyabr 2024

Evdə Təravih namazı necə qılınır?

Bütün dünyada o cümlədən də ölkəmizdə koronavirüs pandemiyasına qarşı çeşidli tədbirlər alınmışdır. Koronavirüsün İslam aləmində üç aylar olarak bilinən bir zamanda ortaya çıxması, Ramazan ayı gəlincə təravih namazlarının necə qılınacağı sualını ortaya çıxarır.

Məscidlərdə camaatla namaz qılınmasına ara verilməsi, Ramazan ayında da virus təhlükəsi davam etdiyi müddətcə uyğulanacaqdır.

Məscidlərdən uzaqlaşmağımızın kədəri içində olduğumuz bu günlərdə, təravih namazlarımızı, müqabələlərimizi evlərimizdə ifa etməyimiz, dualarımızı ailəmizlə birlikdə evlərimizdən etməyimiz, Ramazan ayının mənəviyatından yüksək dərəcədə istifadə etməyimizə vəsilə olacaqdır.

Bəs bu halda təravih namazları necə qılınacaq? Sualı ortaya çıxmaqdadır.

Bu suala cavab vermədən öncə təravih namazı haqqında qısa məlumat vermək lazımdır.

Təravih namazı iyirmi rəkatdır və müəkkəd olan bir sünnətdir. (Yəni Peyğəmbər əfəndimiz (səv) daima yerinə yetirdiyi bir ibadətdir).

Təravih namazı Ramazan ayında qılınan  bir namazdır. Oruç tuta bilməyən müsəlmanların da təravih namazı qılmaları sünnətdir.

Təravih namazının məsciddə camaatla qılınması sünnətdir və savabı daha çoxdur.

Təravih namazı evdə təkbaşına və yaxud camaatla da qılına bilər.

Peyğəmbər əfəndimiz (səv) belə buyurmuşdur: “Fəzilətinə inanaraq və mükafatını umaraq Allah rizası üçün ramazan gecələrini ibadətlə keçirən (təravih namazını qılan) kimsənin keçmiş günahları bağışlanar.” (Buxari, İman 27)

Təravih namazı, yatsı namazından sonra qılınır. Yatsı namazından öncə qılınması caiz deyildir.

Vitir namazı ramazan ayında ümumiyyətlə təravih namazından sonra qılınır. Lakin vitir namazı təravih namazından öncə də qılına bilər.

Təravih namazı istəyə bağlı olaraq iki rəkatda bir salam verməklə və yaxud dörd rəkatda bir salam verilərək qılına bilər.

Təravih namazının qəzası yoxdur.

Təravih namazı tək bir namaz olduğu üçün bütün rəkatlar üçün bir niyət yetərli olsa da rəkatların aralarında verilən salamdan sonra namazdan çıxılmış olduğundan, yenidən namaza başlayarkən təkrar niyət edilməsi daha münasibdir.

Evdə təkbaşına təravih namazı necə qılınır?

İlk öncə yatsı namazının ilk sünnəti qılınır. Sonra yatsı namazının fərzi, fərzin arxasından yatsı namazının 2 rəkatson sünnəti qılınır.

Sonra Əuzu bəsmələ çəkilərək təravih namazına niyət edilir. “Niyət etdim Allah rızası üçün təravih namazını qılmağa.” Sonra təkbir alınaraq əllər köbək hissəsində bağlanır.

1. Rəkat

Sıra ilə “Sübhanəkə duası, Əuzu bəsmələ, Fatiha surəsi, Qurani Kərimdən bir hissə” oxunur. Rüku və səcdələr edilir.

2. Rəkat

“Bəsmələ, Fatiha surəsi və Qurani Kərimdən bir hissə” oxunur. Rüku ve səcdələr edilir və tahiyyata oturulur. Əgər təravih namazı iki rəkat şəklində qılınacaqsa “Tahiyyat duası, Salli-Barik dualarıyla Rəbbəna duaları” oxunur və salam verilir. Əgər 4 rəkat olaraq qılınacaqsa iki rəkatın sonunda oturulan tahiyyatda “Tahiyyat duası və Salli, Barik duaları” oxunur sonra üçüncü rəkata qalxılır.

3. Rəkat

“Sübhanəkə, Əuzu bəsmələ Fatiha surəsi və Qurani Kərimdən bir hissə” oxunur. Rüku və səcdə edilir və dördüncü rəkata qalxılır.

4. Rəkat

“Bəsmələ, Fatiha surəsi və Qurani Kərimdən bir surə” oxunur. Rüku və səcdə edilərək oturulur. Bu oturuşda “Tahiyyat Salli, Barik və Rabbəna” duaları oxunduqdan sonra sağ ve sol tərəfə salam verilir. Təravih namazı neçə rəkat qılınacaqsa rəkatlarda sıralama bu şəkildə devam edər. Təravih namazından sonra  vitir namazı qılınar.

Read Previous

ORUCUN HÖKÜMLƏRİ

Read Next

Ramazan ayının fəziləti