Əbu Hureyrə (ra) Hz. Peyğəmbər (səv)-in belə buyurduğunu söyləmişdir:
“Ümmətimə Ramazan ayında daha öncəki ümmətlərə verilməyən beş xüsusi şey verilmişdir.
- Oruclunun ağzından gələn qoxu Allah qatında misk qoxusundan daha xoşdur.
- Bu ayda balıqlar belə iftar edincəyə qədər onlar üçün istiğfar edərlər.
- Mənim saleh qullarım tezliklə dünya yükünü üzərlərindən atıb gələrlər deyə Allahu təala hər gün onlar üçün bir Cənnətini hazır edər.
- Digər aylarda etdikləri bəzi əməlləri Ramazan ayında edə bilməsinlər deyə azğın şeytanlar bağlanaraq həbsedilir.
- Bu ayın son gecəsində oruc tutanlar bağışlanar.
Səhabələr: “Ey Allahın rəsulu! O gecə qədr gecəsidirmi”? Deyə soruşdular.
Hz. Peyğəmbər (səv): Xeyir. Ama işçi işini bitirincə qarşılığını alır. Buyurdu. (Ahmet, Bezzar, Beyhaki, İbni Hibban)