• 28 Noyabr 2024

Ayətül kürsi oxumağın faydası

Əbu Hürəyrə (ra)  belə buyurdu: Rasulullah (səv) məni Ramazan zəkatı olan fitrə sədəqəsini qorumaqla vəzifələndirmişdi. Bir nəfər gəlib yeyəcək şeylərdən ovuclamağa başladı. Həmin adamı tutub: “Vallahi səni Rasulullah (səv)-in huzuruna aparacağam” dedim. Adam: “Həqiqətən çox ehtiyac içərisindəyəm, külfətim çoxdur və ehtiyacım da böyükdür” dedi. Mən də onu buraxdım getdi. Səhər açılanda, Rasulullah (səv):“Ya Əbu Hürəyrə! Dünən gecə yaxaladığın dustağını hara elədin?” buyurdu. Mən də: Ya Rasulallah! Ehtiyac içində külfətinin də çox olduğunu söylədi, mən də yazığım gəldiyi üçün onu buraxdım, dedim. Rasulullah (səv): “O sənə yalan danışıb, təkrar gələcək” buyurdu. Rasulullah (səv)-in bu sözündən sonra təkrar gəlincə onu yaxalaya bilmək üçün gözləməyə başladım. Həmin adam yenə gəldi ve yenə də yeyəcək şeylərdən ovuclamağa başladı. Mən də: “Səni Rasulullah (səv)-in yanına aparacağam”, dedim. Həmin adam: “Məni burax, çünki mən həqiqətən möhtacam. Övladlarım var. Bir daha gəlmərəm”, dedi. Mən də yazığım gəldiyi üçün onu buraxdım. Səhər açılanda yenə Rasulullah (səv) mənə: “Ya Əbu Hürəyrə! Dünən gecə yaxaladığın dustağını hara elədin?” deyə soruşdu. Mən də: Ya Rasulallah! Mənə yinə də ehtiyac içərisində olduğunu ve övladlarının olduğunu söylədi,  mən də yazığım gəldiyi üçün buraxdım, dedim. Peyğəmbərimiz (səv): – “O kəsinliklə sənə yalan danışıb, ama təkrar yenə gələcək” buyurdu. Mən də üçüncü dəfə gəlməsini gözlədim. Yenə gəldi və yenə də yeyəcək şeylərdən ovuclamağa başladı. Onu təkrar yaxaladım və: “Səni mütləq Rasulullah (səv)-in yanına aparacağam, artıq bu üçüncü ve son gəlişindir. Bir daha gəlməyəcəyinə söz verirsən sonra təkrar gəlirsən”, dedim. Bu dəfə mənə: “Məni burax!  Əvəzində sənə Allahın səni faydalandıracağı bəzi kəlimələri mən sənə öyrədim”, dedi. Mən: “O kəlimələr nələrdir”? dedim. O: “Yatağına girdiyin zaman Ayətül Kürsini (Bəqərə surəsi 255-ci ayə) oxu. Belə edərsənsə, sənin yanında Allah tarafından göndərilmiş bir qoruyucu olar ve səhərə qədər şeytan sənə yaxınlaşa bilməz”, dedi. Bu sözündən sonra mən də onu buraxdım. Səhər açılanda Rasulullah (səv) Mənə: “Dustağını hara elədin?” diye soruşdu. Mən də: “Ya Rasulallah! Allahın məni faydalandıracağı bəzi kəlimələri mənə öyrədəcəyini söylədi, mən də onu buraxdım”, dedim. Peyğəmbər Əfəndimiz (səv): “O kəlimələr nələrdir?” deyə soruşdu, mən də o adamın mənə: Yatağına girdiyin zaman Ayətəl Kürsini, “Allahü lə iləhə illə hüvəl hayyül qayyum” ayətini başdan sona qədər oxu, sənin yanında Allah tərəfindən səni qorumaq üçün göndərilmiş bir qoruyucu olar və səhərə qədər şeytan sənə əsla  yaxınlaşa bilməz, dediyini söylədim. Rasulullah (səv):“Buna bir bax! Özü yalançı olduğu halda bu səfər sənə doğrunu söyləyib. Üç gecədir kiminlə danışdığını bilirsənmi ey Ebu Hürəyrə?” dedi. Mən: “Xeyir, bilmirəm”, dedim. Peyğəmbər Əfəndimiz (səv): “O şeytandır” buyurdu. (Buxari, Vəkalət 10, Fəzailül-Quran 10, Bedül-halk 11)

Read Previous

Qurani Kərim oxumağın fəziləti haqqında hədislər

Read Next

UNUDARAQ YEYİB-İÇMƏK ORUCU POZARMI?