Almaniyanın iki əyalətində yeni doğulan oğlan uşaqlarına ən çox qoyulan ad Muhamməd olub. İslamveirfan.com xəbər verir ki, bu barədə statistik məlumatları Almaniya Dil Cəmiyyəti (GfdS) yayıb.
Məlumatda bildirilir ki, 2019-cu ildə Almaniyanın Bremen və Berlin əyalətlərində dünyaya gələn körpələrə ən çox qoyulan ad Muhamməd olub. Belə ki, ötən il Berlin əyalətində doğulan 21 622 uşaqdan 283-nə, Bremen əyalətində isə doğulan 5 277 oğlan uşağından 74-nə Muhamməd adı verilib.
Həmçinin Muhamməd adı Hessen əyalətində körpələrə ən çox verilən ad lar siyahısında 3-cü, Sarland əyalətində isə 8-ci yerdə qərarlaşıb.
Ümumilikdə Almaniyada uşaqlara ən çox qoyulan adlar siyahısında Muhamməd 21-ci, Əli 73-cü və Malik 76-cı sırada qərarlaşıb.
Qız uşaqlarına isə verilən ən çox ad siyahısında Leyla 56-cı, Amira 91-ci, Əlif 94-cü olub.
Ümumilikdə 2019-cu ildə Almaniyada dünyaya gələn qızlara ən çox Hanna adı, oğlanlara isə Noah (Noy – Nuh) adı qoyulub.
Mənbə: Anadolu