• 24 Noyabr 2024

SUBHANALLAH ZİKİRİNİN FƏZİLƏTİ VƏ MƏNASI

“Sübhanallah” ifadəsi Allahın məxluqatı və əsərləri qarşısında hiss edilən heyrət və təəccübü bildirmək üçün deyilir. Sübhanallah zikri, Allahın Zatında, Sifətlərində və İşlərində bütün qüsur və nöqsanlardan uzaq olduğunu ifadə edir.

Sübhanallahın mənası, “Allah bütün nöqsanlardan münəzzəhdir (uzaqdır)” – deməkdir.

SÜBHANALLAH ZİKRİNİN FƏZİLƏTİ NƏDİR?

Əbu Hüreyrə (ra) belə rəvayət edir:

Məkkədən Mədinəyə hicrət edən fəqir müsəlmanlar Rasulullahın (SAV) yanına gedərək, “Varlı müsəlmanlar Cənnətin yüksək dərəcələrini və əbədi nemətlərini yığıb-yığışdırdılar.” – dedilər.

Rasulullah (SAV) onlardan soruşdu: “Xeyir ola, onlar nə etdilər ki?”

Fəqir mühacirlər cavab verdilər: “Bizim qıldığımız namazı onlar da qılırlar. Tuttuğumuz orucu onlar da tuturlar. Üstəlik onlar sədəqə də verirlər, biz verə bilmirik. Qul azad edirlər, biz edə bilmirik.”

Peyğəmbər (SAV) onlardan soruşdu: “Sizdən qabaqda gedənlərə çata biləcəyiniz, sizdən sonra gələnləri ötə biləcəyiniz, sizin etdiklərinizi edənlərin xaricində hamıdan üstün ola biləcəyiniz bir əməli sizə xəbər verimmi?”   

Muhacirlər dedilər: “Söylə ya Rasulullah (SAV)”.

Rasulullah (SAV) buyurdu: “Bütün fərz namazlardan sonra 33 dəfə Sübhanallah, 33 dəfə Allahu əkbər, 33 dəfə də Əlhamdulillah deyin!”

Bir neçə gündən sonra fəqir mühacrlər yenidən Peyğəmbərin (SAV) yanına getdilər: “Varlı qardaşlarımız bizim etdiyimiz zikrləri xəbər alıblar və onlar da eyni zikri edirlər.”

Rasulullah (SAV) buyurdu: “Nə edək! Artıq bu Allahın lütfüdür. Allah istədiyi bəndəsinə öz lütfünü verir.” (Buxari, Azan 155; Daavat 18; Müslim, Məsacid 142. Əbu Davud Vitr 24)

Mənbə: islamveihsan.com

Read Previous

QURANA DƏSTƏMAZSIZ TOXUNA BİLƏRİKMİ?

Read Next

İyul 2020