• 23 Noyabr 2024

KƏBƏ YENİDƏN İBADƏTƏ AÇILA BİLƏR

Müsəlmanların qibləgahı olan Məkkə şəhərindəki Məscidi-Haram yenidən ibadətə açıla bilər.

Bu barədə Türkiyənin DHA agentliyi, Avropada fəaliyyət göstərən həcc və ümrə təşkilatçısı şirkətlərdən birinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, qlobal pandemiya səbəbindən 2020-ci il martın 5-də ibadətə qapadılan Kəbəi-Şərif bu həftə cümə axşamı günü 5 vaxt namaz qılınması üçün ibadətə açıla bilər.  

Bundan başqa hər gün 6 min zəvvarın iştirakı ilə, məhdud imkanlarla ümrə ziyarətinə izn verilməsi üçün danışıqlar başladığı da bildirilir. Ümrə ziyarətində isə, bu ilki həcc ibadəti kimi sadəcə Səudiyyə Ərəbistanında yaşayanların iştirak edə biləcəyi qeyd edilib.  

Read Previous

İMAM BUXARİNİN VƏFATINDAN 1151 İL ÖTÜR

Read Next

PREZİDENTİN KÖMƏKÇİSİ DİN XADİMLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB