• 29 Mart 2024

ABŞ TARİXİNDƏ BİR İLK: 5 VAXT AZAN OXUNMASINA İZN VERİLDİ

Amerika Birləşmiş Ştatları (ABŞ) Minnesota ştatının Minnepolis şəhərində hər gün 5 dəfə səsgücləndirici ilə oxunmasına izn verilib. Şəhər Şurasının yekdil qərarı ilə ABŞ tarixində ilk dəfə olaraq böyük bir şəhərdə gündə beş dəfə azan oxunacaq.

Ramazan ayında keçirilən səsvermə ilə sübh və yatsı azanına mane olan şəhərin səs-küy tənzimləməsindəki müvafiq məhdudlaşdırıcı maddələr dəyişdirilib.

Keçən il şəhər şurası açıq şəkildə azan oxunmasına icazə vermişdi, lakin səs-küy tənzimləməsindəki məhdudiyyətlərə görə sübh və yatsı azanları ibu iznin əhatəsinin xaricində qalmışdı.

Qeyd edək ki, təxminən yarım milyon əhalisi olan Minneapolis şəhərində şəhər şurasının 13 üzvündən üçü müsəlmandır.

Mənbə: islam və irfan

Read Previous

Yanvar 2023