• 27 Dekabr 2024

ALLAHIN RAZI OLDUĞU ÜÇ ŞƏXS

Peyğəmbər (s.ə.s) belə buyurur:

“Allahın razı olduğu üç şəxs vardır”.

Bu üç nəfərin və möqvelərinin əhəmiyyətini Rəsullah (s.ə.s) bizə bildirir. Bu gün biz bunu yaşamalı və övladlarımızı da bu hədisi-şərifin əhəmiyyətinin fərqinə vararaq böyütməliyik.

Birincisi: Gecə təhəccüdə qalxan kimsə.

“Gecə (təhəccüd) namazına davam edin. Zira bu sizdən əvvəlki saleh qulların ibadətidir. Çünki gecə ibadəti, qulu Allaha yaxınlaşdırır, günahlara kəfarət olur, insanı fiziki xəstəliklərdən qoruyur və günahlardan uzaqlaşdırır” (Tirmizi, Dəavət 101)

Təhəccüd namazı, biraz yatdıqdan sonra gecə boyunca səhər namazının vaxtı girənə qədər, iki rükətdən on iki rükətə qədər qılına bilər. Yatsı namazından sonra və gecə yarısı qılınmalıdır. 

İkincisi: Namaz üçün səfə duran möminlər. Əsasən də camaatla.

İslamda, camaat namazlarına çox əhəmiyyət verilir. Hətta müharibə vaxtı belə camaat namazının necə qılıması gərəkdiyini Allah-təala Nisa surəsinin 102-ci ayəsində özü təfsilatıyla bizə izah edir

Camaat namazı insanları bir araya gətirərək  yeni tanışlıqlara vəsilə olur. Ünsiyyət, ülfət, iman və qardaşlıq bağlarını gücləndirir.

Üçüncüsü də: Düşmənə qarşı səfə duran möminlər.

“Allah yolunda bir gün növbə tutmaq, dünyadan və dünya üzərindəki hər şeydən daha xeyirlidir” (Buhaxi, Cihad 6).

islamveirfan

Read Previous

Fevral 2021

Read Next

Mart 2021