• 03 Oktyabr 2024

ALMANİYADA MƏSCİDDƏ İLK TƏRAVİH NAMAZI QILINDI

Almaniyada bəzi məscidlərdə bu ilin ramazan ayının ilk təravih namazı qılınıb.

Qeyd edək ki, bir müddət əvvəl qlobal pandemiya səbəbindən bağlanan məscidlər mayın 9-da müəyyən şərtlər daxilində ibadətə açılmışdı. Bu müddət ərzində məscidlərdə sadəcə sübh, zöhr və əsr namazları qılınırdı.

Ötən gün isə uzun müddətdən sonra Köln şəhərindəki “Diyanət İşləri Türk İslam Şurası”na aid Köln mərkəzi məscidində ilk axşam namazı ilə ramazan ayının ilk təravih namazı qılınıb.

Namazdan əvvəl məscidin döşəməsinə social məsafəni göstərən lentlər yapışdırılıb, möminlər maska geyinərək və əllərini dezinfeksiya edərək məscidə giriblər. Bundan başqa məscidə gələnlərin şəxsi məlumatları və əlaqə bilgiləri girişdə qeyd edilib.

islmveirfan.com

Read Previous

İPƏKYOLU NƏŞRİYYATDAN ƏN GÖZƏL BAYRAM HƏDİYYƏSİ

Read Next

FRANSADA AVROPANIN ƏN BÖYÜK MƏSCİDİ TİKİLİR