• 03 Oktyabr 2024

ALMANİYANIN 2 ƏYALƏTİNDƏ UŞAQLARA ƏN ÇOX MUHAMMƏD ADI VERİLİB

Almaniyanın iki əyalətində yeni doğulan oğlan uşaqlarına ən çox qoyulan ad Muhamməd olub. İslamveirfan.com xəbər verir ki, bu barədə statistik məlumatları Almaniya Dil Cəmiyyəti (GfdS) yayıb.

Məlumatda bildirilir ki, 2019-cu ildə Almaniyanın Bremen və Berlin əyalətlərində dünyaya gələn körpələrə ən çox qoyulan ad Muhamməd olub. Belə ki, ötən il Berlin əyalətində doğulan 21 622 uşaqdan 283-nə, Bremen əyalətində isə doğulan 5 277 oğlan uşağından 74-nə Muhamməd adı verilib.

Həmçinin Muhamməd adı Hessen əyalətində körpələrə ən çox verilən ad lar siyahısında 3-cü, Sarland əyalətində isə 8-ci yerdə qərarlaşıb.

Ümumilikdə Almaniyada uşaqlara ən çox qoyulan adlar siyahısında Muhamməd 21-ci, Əli 73-cü və Malik 76-cı sırada qərarlaşıb.

Qız uşaqlarına isə verilən ən çox ad siyahısında Leyla 56-cı, Amira 91-ci, Əlif 94-cü olub.

Ümumilikdə 2019-cu ildə Almaniyada dünyaya gələn qızlara ən çox Hanna adı, oğlanlara isə Noah (Noy – Nuh) adı qoyulub.  

Mənbə: Anadolu

Read Previous

PREZİDENTDƏN İLAHİYYAT İNSTİTUTUNA YENİ TƏYİNAT

Read Next

QƏDR SURƏSİ