• 21 Dekabr 2024

AYASOFİYA ÜÇÜN YENİ ADDIM: AÇILMAQ MƏHKƏMƏNİN GÜNDƏMİNDƏ

İstanbulun fəth olunmasının 567-ci il dönümündə gündəmə gələn Ayasofiyanın ibadətə açılması, artıq məhkəmənin də gündəliyindədir. İyulun 2-də keçiriləcək məhkəmə prosesində bu mövzunun müzakirə ediləcəyi və bu istiqamətdə qərar veriləcəyi bildirilib.

Qeyd edək ki, Ayasofiya məscidinin muzeyə çevrilməsi barədə Nazirlər Kabinetinin 1934-cü il tarixli qərarının ləğv edilməsi üçün məhkəməyə müraciət edilib.

Xatırladaq ki, 1453-cü ildə II Məhmədin İstanbulu fəth etməsi ilə məscidə çevrilən Ayasofiya 1931-ci ildə ibadətə bağlanıb, 1934-cü ildə isə Nazirlər Kabinetinin qərarı ilə muzeyə çevrilib. Həmin qərarın ləğv edilməsi üçün göstərilən bütün cəhdlər nəticəsiz qalıb.

2016-cı ildə isə “Vəqflər Tarixi Əsərlərə və Ətraf Mühitə Xidmət” dərnəyi həmin qərarın ləğv edilməsi üçün yenidən məhkəməyə müraciət edib. Məhkəmə, iyulun 2-də bu müraciəti müzakirə edəcəyini və yekun qərar verəcəyini açıqlayıb.

Hüquqşünaslar hesab edir ki, Nazirlər Kabinetinin həmin qərarı ləğv ediləcəyi təqdirdə, Ayasofiyanın məscid kimi fəaliyyətini bərpa etməsinin önü açılacaq.

islamveirfan.com

Read Previous

Etməyəcəyiniz bir şeyi deməyin.

Read Next

ÜMUMDÜYA MÜSƏLMAN ALİMLƏR ŞURASINDAN MİSİRƏ, İSTANBUL ETİRAZI