• 02 Dekabr 2024

DAHA BİR ÖLKƏ HƏCC ZİYARƏTİNİ TƏXİRƏ SALDI

Kovid-19 pandemiyası səbəbilə qoyulan səyahət məhdudiyyətinə görə Malaziyada Həcc ibadəti yasaqlanıb. Bu barədə Malaziya dini komitəsinin sədri Zülkifl Muhamməd əl-Bəsri məlumat verib. Sədr, bu il 31 min 600 nəfərlik Həcc kvotası açdıqlarını, amma səyahət məhdudiyyəti səbəbilə bu il Həcc ibadətinin olmayacağını deyib.

“Ümidvaram ki, zəvvarlarımız səbrli olarlar və hökumətin qəbul etdiyi bu qərara riayət edərlər.”  

Xatırladaq ki, bundan əvvəl də bəzi ölkələr qeyri-müəyyən tarixə qədər Həcc ibadətini təxirə saldıqlarını açıqlamışdı.

Səudiyyə Ərəbistanı rəsmiləri isə bu il ölkələrə ayrılan həcc kvotasını 20%-ə qədər azaldacığını açıqlamışdı.

Mənbə: İHA

Read Previous

Günəş və Ay

Read Next

AZƏRBAYCAN FƏLƏSTİNİN SUVERENLİYİNİ DƏSTƏKLƏYİR