• 10 Dekabr 2024

FRANSADA BAYRAM NAMAZI MƏSCİDLƏRDƏ QILINA BİLƏR

Fransada, qlobal pandemiyaya qarşı tədbirlər çərçivəsində yaşanan bəzi məhdudiyyətlərin yumuşaldılması ilə əlaqədar məbədlərdə kütləvi ibadətlərə izn verildi. Bu izn qərarına görə, Fransada yaşayan müsəlmanlar sabah məscidlərdə bayram namazını qıla biləcəklər.

Fransa Daxili İşlər Nazirliyinin bu istiqamətdə yaydığı bəyanatda, Dövlət Şurasının məbədlərdə toplaşma qadğasını ləğv etməsi də xatırladılıb. Bəyanatda həmçinin, bu qərarın hazırlanacaq qanun layihəsi ilə qüvvəyə minəcəyi bildirilib.  

Bəyanatda, məbədlərdə sosial məsafənin qorunmasının, gigiyena qaydalarına əməl edilməsinin, maskadan istifadə edilməsinin və girişlərdə əllərin dezinfeksiya edilməsinin məcburi olduğu vurğulanıb. Bu qaydalara riayət etməyən məbədlərin isə valilik tərəfindən qapadıla biləcəyi qeyd edilib.  

islamveirfan.com

Read Previous

FİTRƏ ZƏKATI NƏDİR VƏ KİMƏ VERİLİR?

Read Next

AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB