• 09 Noyabr 2024

HƏSƏN BƏSRİNİN DUA İSTƏYƏNLƏRƏ AYƏTLƏ TÖVSİYYƏSİ

Həsən Bəsri həzrətlərinin yanına 4 nəfər gələrək ondan dua istədilər.

Onlardan biri, “Ustad, quraqlıq var dua et!” – dedi.

Digəri fəqirlikdən şikayət edərək, “Çox möhtacam dua et!” – dedi.

Digəri də tarlasında məhsuldarlıq olmamasından şikayət edərək dua istədi.

Dördüncüsü isə, “Övladım yoxdur, dua et Allah mənə övlad versin,” – dedi.

Gələnlər Həsən Bəsridən himmət istədilər. Həzrət onların dördünə də istiğfar (əstağfirullah) etməyi məsləhət gördü.

Orada olanlardan biri, “Dörd nəfər müxtəlif şeylər üçün sizdən dua istədilər, siz dördünə də istiğfar etməyi məsləhət gördünüz” – dedi.

Həsən Bəsri həzrətləri həmin vaxt Nuh surəsinin 10, 11 və 12-ci ayələrini oxudu, “suallarının cavabı bu ayələrədə var!” – dedi.

“dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! O, sizin üzərinizə bol-bol yağış göndərər, var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.” (Nuh – 10, 11, 12)

Xülasə, tövbə, istiğfar Allahın peyğəmbərlərinin yoludur.

Yenə ibni Macədə buyurulur ki, “Bir nəfər səmimiyyətlə, ixlasla, acizliyini idrak edərək istiğfar etməyə davam edərsə, Allah-Taala hər darlıqdan ona çıxış yolu göstərər, hər sıxıntıdan qurtuluş yolu göstərər və gözləmədiyi yerdən onu rızıqlandırar.”

Deməli istiğfar bir müsəlmanın daimi zikri olmalıdır.

Osman Nuri Topbaş.

Read Previous

TÜRKİYƏ PREZİDENTİ AYASOFİYANIN İBADƏTƏ AÇILMASI ÜÇÜN GÖSTƏRİŞ VERDİ

Read Next

MƏSCİDİ-NƏBƏVİDƏ 70 GÜN SONRA CÜMƏ NAMAZI QILINDI