• 21 Dekabr 2024

HƏCC ZİYARƏTİ BAŞA ÇATDI

Səudiyyə Ərəbistanında qlobal pandemiya səbəbindən gücləndirilmiş rejimdə keçirilən Həcc ziyarəti, vida tavafının yerinə yetirilməsi ilə başa çatıb. Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi açıqlama yayıb.

Açıqlamada, ziyarət müddətində heç bir problem və gərginlik olmadığı, zəvvarlar arasında kovid-19 virusuna yoluxma halına təsadüf edilmədiyi qeyd edilib.

Açıqlamada, zəvvarların müəyyən edilmiş qapılardan istifadə etdikləri, sosial məsafəni qorumaq üçün müəyyən edilən yollarla hərəkət etdikləri, maska və şəxsi gigiyena qaydalarına riayət etdikləri bildirilib.  

Həcc və ümrə nazirinin müavini Abdulfəttah Maşat, həcc ibadətinin sağlam və təhlükəsiz başa vurulduğunu, zəvvarların sağlamlıq testindən və karantin müddətindən sonra evlərinə qayıda biləcəklərini deyib.

Qeyd edək ki, qlobal pandemiya səbəbindən bu il sadəcə min zəvvarın iştirakı ilə həcc ziyarəti həyata keçirilib.

islamveirfan

Read Previous

Avqust 2020

Read Next

AZƏRBAYCANDA AVQUSTUN 21-DƏ MƏHƏRRƏM AYI BAŞLAYACAQ