
Hollandiyanın Rotterdam və Şiedam şəhərlərində 50-dən çox avtobus dayanacağına Qurani-Kərim ayəsi yazılıb. “Hollandiya İslam Federasiyası”na (NIF) bağlı fəaliyyət göstərən 4 məscid və “İslam Color Fondu” rəhbərlərinin həyata keçirdiyi layihənin məqsədi kovid-19 pandemiyası ilə mübarizədə yerli ictimaiyyətə dəstək verməkdir.
Dayanacaqlarda olan bilbordlarda, Maidə surəsinin 5-ci ayəsi: “…Kim bir insanı ölümdən xilas edərsə, bütün bəşəriyyəti xilas etmiş kimi olur…”, həmçinin #HoudvolNL (Dayan Hollandiya) və #Samensterk (Birlikdə güclüyük) heştəqləri yazılıb.
islamveirfan.com