• 26 Oktyabr 2020

İMAM ƏBU HƏNİFƏNİN QƏZA VƏ QƏDƏR BARƏDƏ FİKİRLƏRİ

Əbu Hənifə, qədərin Lövhi-Mahfuza “xarakter keyfiyyəti” ilə yazıldığını bildirmişdir. Onun düşüncəsinə görə dünya və axirətdəki hər şey Allahın istəməsi, elmi, qəza, qədər və Lövhi-Mahfuza yazması ilə meydana gəlir. Xeyir, şər, itaət, itaətsizlik, feil, iradə və bənzər hər şey Lövhi-Mahfuza keyfiyyəti ilə yazılmışdır. Bu yazılma mücərrəd deyil, səbəb və nəticə münasibəti ilə olmuşdur.  

Misal üçün, “Əli dünyada mömin kimi yaşayacaq, xeyirli və yaxşı əməllər işləyəcək, bunun nəticəsində də cənnətə girəcək”, bunun kimi “Murad dünyada inancsız insan olaraq yaşayacaq, öz istəyi ilə pis işlər görəcək və nəticədə cəhənnəmə düşəcək.” – kimi təsbitlər, keyfiyyət baxımından olan yazılmadır. Yoxsa ki, “Əli mömin olsun”, “Murad inkarçı olsun” şəklində hökm olaraq yazılmamışdır. Əks təqdirdə insan iradəsinin məcbur edilməsi kimi bir hal meydana çıxardı.

İnsan hərəkətlərini öz azad iradəsi ilə yerinə yetirdiyi üçün, məsuliyyət də onun özünə aiddir.    

Mənbə: Prof. Dr. Hamdi Döndüren, Delilleriyle İslam İlmihali,

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 11 dəfə.

Müşfiq Xəlilov

Read Previous

ÖLKƏ PREZİDENTİ KORONOVİRUSA QARŞI ORUC TUTUB DUA ETDİ

Read Next

NƏ ÜÇÜN QURAN ÖYRƏNMƏLİYİK?