• 26 Dekabr 2024

İNGİLTƏRƏDƏ İLK – HİCABLI QADIN MƏHKƏMƏ HAKİMİ TƏYİN EDİLDİ

İngiltərənin Midlends qraflığında ölkədə ilk dəfə hicablı qadın məhkəmə hakimi təyin edildi. Raffia Arshad bu təyinat barədə ötən həftə məktub aldığını, bunun şəxsi uğuru olmadığını bildirib.

“Bu mövqeyə gəlmək biraz vaxtımı apardı, amma çox razıyam. Bu sadəcə mənim şəxsi uğurum deyil, fərqli keçmişi olan hər kəsin böyük uğurudur. Nəyə oxşadığınız sizi qayğılandırmasın. Qəlibə sığmaq məsələsində təşvişə düşməyin. Qəlibləri sındırın və ehtiyacınız olanı əldə edin.” – deyə Arshad vurğulayıb.

17 ildir ailə hüququ sahəsində vəkil olan 3 övlad anası Arshad təyinat qərarına sevindiyini, amma xüsusilə başqalarının bu sevincinə ortaq olmasına görə xoşbəxt olduğunu deyib.  

islamveirfan.com

Read Previous

İyun 2020

Read Next

MƏSCİDİ-NƏBƏVİ SABAHDAN MƏRHƏLƏLİ OLARAQ AÇILACAQ