İtaliyada koronavirusa yoluxanların sayında ötən günlərdəkinə nisbətən azalma müşahidə edilib.
Anons.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ali Səhiyyə İnstitutunun nümayəndəsi Gavanni Rezza Mülki Müdafiə Departamentində keçirilən ənənəvi mətbuat konfransında açıqlamasında bildirib.
“Nəhayət, infeksiyaya yoluxanların sayı azalmağa başladı. Artıq epidemioloji xətdə eniş mərhələsinə keçid müşahidə edilir. Bu məlumatın doğruluğuna qarşıdakı günlərdəki hesabatlara əsaslanaraq əmin ola bilərik”, – deyə o, vurğulayıb.
Mülki Müdafiə Departamentinin rəhbəri Anjelo Borrelli isə son sutkada virusdan ölənlərin sayını açıqlayıb: “Ötən gün İtaliyada koronavirusa yoluxmadan ölənlərin sayı 604 nəfər olub. Ölənlərin ümumi sayı 17 min nəfəri keçib.
O, əlavə edib ki, yeni virusdan ölənlərin və sağalanların ümumi sayı 135 586 nəfər olub.