• 21 Dekabr 2024

Məşhur İslam Alimi suriyəli Muhamməd Əli əs-Sabuni Haqqın rəhmətinə qovuşdu.

İslam dünyasında yazdığı əsərləri ilə əhəmiyyətli bir yerə sahib olan Suriyalı alim Muhamməd Əli əs-Sabuni Türkiyənin Yalova şəhərindəki evində 91 yaşında dünyasını dəyişdi.

Ailəsi, cənazə namazının İstanbul’daki Mərkəzəfəndi Məscidində qılınacağını və Mərkəzəfəndi Qəbiristanlığında dəfn ediləcəyini bildirdi.

“O, müasir əsrin aparıcı təfsir alimlərindən biri idi”

Yalova Universitetinin İslami Elmlər Fakültəsi Dekanı Prof. Dr. Alican Dağdeviren, Muhamməd Əli əs-Sabuninin müasir əsrin qabaqcıl təfsir alimlərindən biri olduğunu söylədi.

Prof. Dr. Dağdeviren, mərhum alimin biliklərini həyatında əks etdirən əhəmiyyətli bir şəxs olduğunu bildirdi.

 Alimin təfsir sahəsindəki işlərinin əhəmiyyətini vurğulayan Dağdeviren, bunları söylədi:

 “Müasir əsrin qabaqcıl təfsir alimlərindən biri idi. Alimin təfsir sahəsində bir çox əsəri vardır. Lakin ən məşhur əsəri “Safvətü’t-Təfasir” adlı Qurani-Kərim təfsiridir. Bundan başqa bir çox dəyərli əsərləri də vardır. Müəllimimizi 1984-cü ildən tanıyıram. Yalovanı İslam  elmləri sahəsində canlandırdı və dini elmlərin dəyərinin yüksəlməsində böyük əməyi oldu.”

Sabuninin bildiyini yaşadan bir alim olduğunu dilə gətirən Prof. Dr. Dağdeviren, “Son dərəcə yüksək səviyyəli biliyə malik idi. İnsanlarla çox isti bir ünsiyyət qurmuşdu. Peyğəmbər əxlaqını yaşayan bir alim idi. Çox nəcib və köklü bir ailədən gəlmiş olub, öyrəndiyi elmi həyatına bələdçi seçmişdir. İslam dünyasının başı sağ olsun. ” dedi.

Tərcümeyi-halı

1 yanvar 1930-cu ildə Suriyanın Hələb şəhərində anadan olan Sabuni 1952-ci ildə Əzhər Universitetinin Şəriət fakültəsini bitirib. Daha sonra İslam Hüququ Bölməsində təhsilini tamamladı və 1954-cü ildə həmin universitetin Şəriət Məhkəməsi Bölməsində ixtisasını tamamladı.

Sabuni daha sonra ölkəsi Suriyaya qayıtdı və səkkiz il ərzində tədrislə məşğul oldu. Səudiyyə Ərəbistanına köçdü və Məkkə Universitetinin Təhsil Fakültəsində və Şəriət Fakültəsində dərs verməyə başladı. 28 ildir təhsil xidmətini burada davam etdirən Sabuni, universitet professorlarını yetişdirdi və Ummu’l-Kura Universitetində bir çox klassik əsərlərin araşdırılmasına başladı. Sabuni uzun illər Suriya Alimlər Birliyinin rəhbəri vəzifəsində çalışıb.

Elmi metodu və qələmə aldığı əsərləri çox bəyənilən və dünyanın bir çox tanınmış universitetlərində tədris vəsaiti kimi istifadə edilən məşhur alim türklərə və Türkiyəyə xüsusi rəğbəti və sevgisiylə tanınmış və ən kiçik qızını da bir Türk gənci ilə evləndirmişdi.

Məşhur alimin görkəmli əsərlərindən bəziləri bunlardır:

  • “Safvətü’t-Təfasir, Ravaiu-l Bəyan fi Təfsir-i Ayati-l Ahkam min əl-Quran”,
  • Qabəsun Min Nûri’l Quranil-Kərim (8 cild)
  • Müxtəsəri İbn-i Kəsir, Təhqiqi-Tənviri’l Əhzan Min Təfsiri-Ruhil-Bəyan, (4 Cilt),
  • Müxtəsəri-Təfsiri Təbəri,
  • Fəthur-Rəhman b. Keşfi ma Yəltəbisu Fil-Quran,
  • Əl Muqtətaf min Uyunit-Təfsir,
  • İcazul-Bəyan fi Məqasidus-Suvəril-Quran (1 cild)

Read Previous

Mart 2021

Read Next

Aprel 2021