• 02 Dekabr 2024

MESUT ÖZİL ORUC TUTANLARA MADDİ YARDIM ETDİ

İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil Türkiyə Qırmızı Aypara Cəmiyyətinə 80 000 funt sterlinq məbləğində yardım edib.

Məlumata görə, vəsait koronavirus pandemiyası şəraitində oruc tutan şəxslərə dəstək üçün xərclənəcək.

Türk əsilli yarımmüdafiəçi Türkiyə ilə Suriyada 16 000 insanı müqəddəs Ramazan ayı ərzində ərzaq və dərmanla təmin edəcək.

Qeyd edək ki, Mesut Özil “Arsenal”ın ən yüksək ödənişli futbolçularındandır. Daha əvvəl Britaniya mətbuatı Özilin pandemiya müddətində əmək haqqının azaldılmasına etiraz edən 3 futbolçudan biri olduğunu yazıb. Bununla belə, 32 yaşlı yarımmüdafiəçi daim xeyriyyəçiliklə məşğul olur.

Report

Read Previous

ilahiyyatçı-yazar Ömer Döngeloğlu vəfat etdi.

Read Next

ORUCLA BAĞLI SÜBUT OLUNMUŞ ELMİ FAKTLAR