• 30 Dekabr 2024

“ONLAR PEYĞƏMBƏRİN AYAĞININ TOZUNA DA ÇATA BİLMƏZLƏR”

“Ümumdünya Müsəlman Alimlər Şurası”nın baş katibi Əli Muhyiddin əl-Qaradaği, İslam peyğəmbəri Həzrəti Muhammədin (SAV) karikaturalarını yenidən nəşr edən Charlie Hebdo dərgisinə sərt reaksiya bildirib.

Qaradaği sosial şəbəkədəki şəxsi səhifəsində, dərginin və onun idarəçilərinin peyğəmbərimizin ayağının tozuna da çata bilməyəcəyini ifadə edib.  

“Dərgi, öz ictimaiyyətinin əxlaqını yenidən ifşa etmək, inandığı dünyəviliyi, insan hüquqlarını və azadlıq qaydalarını yenidən şərh etmək istəyir. Təbii ki, cəhalətə cəhalətlə cavab verməyəcəyik. Bu dərgi və onu idarə edənlər, heç peyğəmbərimizin ayağına dəymiş toza da çata bilməzlər. Biz bütün müqəddəslərin toxunulmaz olduğuna inanırıq. Yaxşılığın, ədalətin və azadlığın təlimçisi olan peyğəmbərimiz Həzrəti Muhammədi (SAV) təhqir edənlərin əxlaqı və şərəfi yoxdur.” – deyə Qaradaği vurğulayıb.

Xatırladaq ki, Fransada çıxan Charlie Hebdo satira dərgisi, İslam peyğəmbəri Hz. Muhammədin (SAV) karikaturasını nəşrt etdiyi üçün 2015-ci ilin yanvar ayında silahlı hücuma məruz qalmışdı.  Çox sayda dərgi əməkdaşının öldüyü hücumun məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.

Bir neçə gün əvvəl isə, həmin hücumun başlayan məhkəmə prosesi öncəsində Charlie Hebdo İslam peyğəmbərinin (SAV) karikaturalarını yenidən nəşr etmişdi.  

Read Previous

PREZİDENTİN KÖMƏKÇİSİ DİN XADİMLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB

Read Next

QURANIN ƏN UZUN AYƏSİ NƏDƏN BƏHS EDİR?