• 23 Dekabr 2024

ORUC TUTANLAR HARADADIR?

Oruc islamın dördüncü əmridir. Oruc tutmaq insanı pis davranışlardan və əxlaqsızlıqlardan qoruyar. Və cəhənnəmə girməsinə mane olar.

Allah təala bu kimi xüsusiyyətləri səbəbilə orucu həm Məhəmməd ümmətinə həm də ondan əvvəlki ümmətlərə fərz qılmışdır. Orucun ildə bir dəfə Ramazan ayında tutulması əmr olunmuşdur.

Oruc tutmağın savabı

Namaz qılanı, zəkat verəni və həcc edəni hər kəs görür. Fəqət bir insanın oruc tutduğunu sadəcə Allah bilir. Oruca riyakarlıq və göstəriş bulaşmadığı üçün, oruc tutanın Allah qatında fərqli bir yeri vardır. Peyğəmbərimiz (s.ə.s)-in bildirdiyinə görə Allah təala bu xüsusi halı belə açıqlamışdır:

“Oruc tutan kimsə yeməsini, içməsini və hər cür bədəni istəklərini, arzularını sadəcə Mənim rizamı qazanmaq üçün tərk edər. Bu səbəblə onun mükafatını Mən özüm verəcəyəm.”

Oruc tutan kimsənin çox sevindiyi iki an vardır. Biri axşam iftar etdiyi zaman, o biri də Rəbbinə qovuşduğu zaman.

Oruclu bir adamın ağzının qoxusu Allah qatında müşdən daha sevimlidir.

Savab olduğuna inanaraq və qarşılığını Allahdan gözləyərək Ramazan orucunu tutan kimsənin keçmiş günahları bağışlanar.

Cənnətin səkkiz qapısı vardır. Namaz qılanlar qiyamət günündə cənnətə namaz qapısından, cihad edənlər cihad qapısından, sədəqə verənlər sədəqə qapısından girəcəklər. Bu səkkiz qapıdan birinin adı Reyyandır. O qapıdan sadəcə oruc tutanlar geçəcəkdir. Məhşər yerində bir vaxt “Oruc tutanlar harada?” deyə elan olunacaq. Oruc tutanlar yerlərindən qalxacaq. Onlar cənnətə girdikdən sonra bu qapı bağlanacaq. Artıq oradan heç kim girməyəcək. Reyyan qapısından girənlər bir daha susuzluq çəkməyəcəkdir.

Ramazan ayının dəyəri

Yenə Əziz Peyğəmbərimiz (s.ə.s)-i dinləyək:

Ramazan ayının ilk gecəsindən etibarən cənnətin bütün qapıları tamamilə açılar; cəhənnəmin qapıları bir-bir bağlanar; azğın şeytanlar bağlanıb təsirsiz hala gətirilər.

Oruc tutan böyük günahlardan çəkinərsə iki Ramazan arasında etdiyi günahları bağışlanar.

Ramazan ayını orucla keçirən, bir də hər ay üç gün oruc tutan kimsəyə bütün il boyu oruc tutmuş kimi savab verilər. Çünki yaxşılıqlara on qat savab veriləcəkdir.

Ramazan ayı Quran ayıdır. Peyğəmbərimiz Ramazanın hər gecəsində Cəbrayıl əleyhissəlam ilə görüşər və o günə qədər enən Quran ayələrini qarşılıqlı olaraq bir-birlərinə oxuyardılar.

Oruclu necə olmalıdır?

Oruclunun sadəcə mədəsi deyil, dili də oruc tutmalıdır. Bunu Peyğəmbərimiz (s.ə.s) belə anlatmışdır:

Oruclunun ağzından əsla pis söz çıxmamalı, heç kimlə savaşmamalı, yalan danışmaqdan, boş və mənasız söhbətlərdən, sözlərdən uzaqlaşmalıdır. Əgər biri ona həqarət edərsə, “mən orucluyam” deyib keçməlidir.

Orucu oruc kimi tutmayanların əlinə ac və susuz qalmaqdan başqa bir şey keçməyəcəkdir.

Sahur və iftar vaxtları

Ramazan ayının hər anı dəyərli olmaqla bərabər bu ayda xüsusi zamanlar vardır. Bu zamanlardan biri sahur, digəri isə iftar vaxtıdır. Sahur vaxtı haqqında Peyğəmbərimiz belə buyurmuşdur:

“Sahur edin, çünki sahurda bolluq bərəkət vardır.”

Bizim orucumuzla əhli-kitabın orucunu bir-birindən ayıran ən əhəmiyyətli fərq sahur yeməyidir.

Əziz Peyğəmbərimiz (s.ə.s) iftar vaxtına da əhəmiyyət verilməsini istəmiş; iftar saatı girdiyi anda oruc açmağı tapşıraraq belə buyurmuşdur:

“Müsəlmanlar oruc açmaqda tələsdikləri müddətdə xeyir içində yaşayarlar.”

Qədr gecəsi

Ramazan ayı içində ən dəyərli zaman kəsiyi Qədr gecəsidir.

Allah təala “mübarək bir gecə” olduğunu xəbər verdiyi Qədr gecəsinin əhəmiyyətini xüsusi bir surə ilə, Qədr surəsi ilə bildirmiş və:

Qurani-Kərimi Qədr gecəsində endirdiyini,

Qədr gecəsinin min aydan daha xeyirli olduğunu,

O gecədə səhərə qədər Allahın izni ilə mələklərin və Cəbrayılın yer üzünə endiyini,

O gecə yer üzünə barış və əmin-amanlığın hakim olduğunu xəbər vermişdir.

Rəsuli-Əkrəm də bu bu həqiqətləri bizə bildirmişdir:

Bu mübarək gecəni fəzilətinə inanaraq, əvəzini Allahdan gözləyərək dəyərləndirən kimsənin keçmiş günahları bağışlanar.

Qədr gecəsini Ramazan ayının son on günündəki tək olan gecələrdə, xüsusilə Ramazanın iyirimi yeddinci gecəsində axtarmaq lazımdır.

Qədr gecəsinin səhərində günəş xeyli yüksəlincəyə qədər ziyası ay kimi sönük olar.

Bir adam Rəsuli-Əkrəmin yanına gələrək yaşlı və xəstə olduğunu, gecə vaxtı namaz qıla bilmədiiyni, lakin Qədr gecəsndə ibadət etməyi arzuladığını bildirərək bu gecəni ona söyləməsini istədi; Peyğəmbərimiz də ona Ramazanın iyirmi yeddinci gecəsində ibadət etməyi tövsiyə etdi.

Qədir gecəsi necə dua edilməli

Bir gün Hz. Aişə Allahın Elçisindən Qədr gecəsinə rastlayarsa necə dua etməli olduğunu soruşdu. Peyğəmbərimiz də ona belə dua etməsini söylədi:

“Allahım! Sən əfv edicisən, əfv etməyi sevirsən, məni də əfv et!”

Məqalənin hazırlanmasında Prof. Dr. M. Yaşar Kandemirin Altınoluk jurnalında dərc olunan yazılarından istifadə edilmişdir.

Saleh ŞİRİNOV/islamveirfan.com

Read Previous

TƏFƏKKÜR YENİLİYİ: RAMAZAN

Read Next

Peyğəmbər əleyhissəlamın şeytan ilə danışması