• 20 Aprel 2024

OSKARLI REJİSSORDAN FATİHƏ AÇIQLAMASI

İtalyan əslli amerikalı rejissor, bir çox Hollivud filminə quruluş verən, Oskar mükafatı laureatı Frensis Ford Koppalanın Qurani-Kərimin Fatihə surəsini açıqlayan videosu yayılıb. Koppolanın Fatihə və İslam barədə dedikləri müsəlmanlar tərəfindən rəğbətlə qarşılanıb:

“Dünyada yaşanan problemlər ürəyimizi ağrıdır. Bəli ürək ağrıdır, amma Qurani-Kərimi bilirsinizsə-Quranın ilk sözləri belədir:

Rəhman və Rəhim olan Allahın adıyla. Həmd (şükür və tərif) olsun Allaha ki, O aləmlərin Rəbbidir. O Rəhmandır, Rəhimdir. Hesab gününün sahibidir.

Bu ayələrə görə mərhəmət və rəhmət ilk səhifədə iki dəfə təkrar olunur.

Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bu səbəblə də kim bu gözəl dini bilərsə, hətta o qədər gözəl idi ki, 13-cü əsrdə mədəniyyətin zirvəsində idi. Bizə riyaziyyatı və elmi qazandıran ərəb mədəniyyətidir. Hamı bilir ki, bu dinin təməlindəki ən əhəmiyyətli iki kəlmə bunlardır: Allah Rəhmandır və Allah Rəhimdir. Biz o Allaha inanırıq ki, bizi bu dünyadakı mənasızlıqdan və insanlara acı verən qorxulu şeylərdən xilas etsin. Allah insanların acı çəkməsini istəmir. Çünki Allah Rəhmandır, Rəhimdir. Demək istədiyim bunlardır.”

Rejissor bu çıxışını 2015-ci il Mərakeş Film Festivalının mətbuat konfransında etsə də, dünyanın mərhəmətə çox ehtiyacı olduğu bu günlərdə bu video-çarx yenidən gündəmə gəlib və sosial şəbəkələrdə paylaşılmağa başlayıb.

Qeyd edək ki, rejissor Koppola “Xaç atası” filmləri ilə şöhrət qazanıb.

Mənbə: islamveirfan.com

Read Previous

Bu il Həcc ziyarəti ləğv oluna bilərmi?

Read Next

HEÇ DÜŞÜNMƏZMİSİNİZ?