• 21 Dekabr 2024

QMİ SƏDRİ QAFQAZ XALQLARININ ALİ DİNİ ŞURASININ SƏDRİ SEÇİLDİ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib. İslamveirfan.com xəbər verir ki, bu barədə QMİ sədrinə aid rəsmi sosial şəbəkə səhifəsində məlumat paylaşılıb.

Paylaşımda bildirilir:

“Şeyxülislam həzrətləri Azərbaycanın, Dağıstanın, Kabardino -Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib. Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür.”

Biz də islamveirfan.com ailəsi olaraq Şeyxulislam həzrətlərini bu münasibətlə təbrik edir, ona uğurlar arzulayırıq.

Read Previous

AŞİQLƏRİN NAMAZI

Read Next

Günəş və Ay