• 22 Dekabr 2024

SƏUDİYYƏ ƏRƏBİSTANINDAN YENİ HƏCC QƏRARI – KVOTA AZALDILACAQ

Pandemiya səbəbindən bu il Həcc ibadətinin keçirilib-keçirilməməsi barədə qeyri-müəyyənlik davam edərkən, Səudiyyə Ərəbistanı Krallığı bu istiqamətdə yeni qərar qəbul edib. Ölkədə kovid-19 yoluxmalarının çoxalması səbəbindən qəbul edilən bu qərara əsasən ölkələrə ayrılan kvota 20%-dək azaldılacaq. Yəni, hər ölkə üçün ayrılan kvotanın sadəcə 20%-i bu il Həcc ziyarətinə gedə biləcək.

Qlobal pandemiya səbəbindən Səudiyyə Ərəbistanı Ümrə ibadətini, həmçinin Məscidi-Haram və Məscidi-Nəbəvi ziyarətlərini mart ayından bəri məhdudlaşdırmışdı.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında 105 283 kovid-19 virusuna yoluxma faktı qeydə alınıb, 746 nəfər bu səbəbdən dünyasını dəyişib.

Qeyd edək ki, bəzi müsəlman ölkələr daxili qərarları ilə bu il keçiriləcək Həcc ibadətini qeyri-müəyyən tarixə qədər təxirə salıblar.   

Haber7.com

Read Previous

Hz. Osman (ra)-ın ilk xütbəsi

Read Next

AZƏRBAYCANDAN BU İL HƏCC ZİYARƏTİ OLMAYA BİLƏR