• 26 Dekabr 2024

Sizdən daha çox verən var

Hz. Əbu Bəkirin xəlifəliyi dövründə Mədinədə şiddətli qıtlıq yaranmışdı. Camaat çörək bişirmək üçün bir buğda dənəsi belə tapa bilmirdi. Bu vəziyyəti görən Mədinəli tacirlər, əllərindəki bütün sərmayələri ilə buğda alıp satmağa başlamışdılar.

Hz. Osman da Şama bir ticarət karvanı göndərərək oradan yüz dəvə yükü buğda satın alıb Mədinəyə gətirmişdi. Bu miqdar, xalqın buğdaya olan ehtiyacını böyük ölçüdə qarşılayabilirdi. Bəzi tacirlər bu xəbəri eşidən kimi hz. Osmana müraciət etdilər. Şamdan gətirdiyi buğdanı Ondan satın almaq istədilər. Buğdanın bir mənnəsinə (5 kq 12 qram ağırlığındakı bir ölçü vahidi) 4 dirhəm vermək istədilər. Lakin hz. Osman, tacirlərin verdiyi bu qiymətlə razılaşmayıb onlara: “Sizdən daha çox verən var” dedi ve buğdanı hiç kimə satmaq istəmədi.

Tacirlər təklif etdikləri qiyməti artırdılar. Ancaq yenə də hz. Osmandan “Sizdən daha çox verən var” cavabını aldılar. Nəhayət buğdanın bir mənnəsinə 7 dirhəm verməyə belə razı oldular. Bu, verəbiləcəkləri ən son və ən yüksək qiymət idi. Ancaq hz. Osmanın ağzından “Sizdən daha çox verən var” sözündən başqa bir söz çıxmırdı. Bəziləri Onun bu sözlərini, fürsətçilik və dünya malına hərislik olaraq qiymətləndirdilər. Xalq şiddətli ehtiyac içərisində qıvranarkən, onun belə davranmasını Ona heç cür yaraşdırmadılar.

Nəhayət məsələni xəlifə hz. Əbu Bəkirə anlatmağa qərar verdilər. Xəlifənin hüzuruna çıxaraq, vəziyyəti olduğu kimi Ona anlatdılar. Hz. Əbu Bəkir anladılanları sonuna qədər dinlədi və onlara: “Bu işdə bir qəribəlik var. Mənə elə gəlir ki, siz hz. Osmanın sözünü düzgün başa düşməmisiniz. O, Rasulullahın kürəkəni və Cənnətdə dostudur. Xalqın ehtiyacını fürsət bilib ondan kar və qazanc əldə edəcək bir kimsə deyildir. Belə davranmasının mütləq bir hikməti vardır. Qalxın, birlikdə gedib məsələni Onun özündən öyrənək.” dedi.

Hamılıqla hz. Osmanın yanına gəldilər. Hz. Əbu Bəkir tacirlərın anlatdıqlarını hz. Osmana söyləyərək Ondan, nə üçün malını təklif edilən qiymətə satmadığını soruşdu.

Hz. Osmanın bu suala cavabı çox təccüblü idi: “Ey Rasulullahın xəlifəsi! Bunlar mənim bir mənnə buğdamı 7 dirhəmə satın almaq istəyirlər. Yəni, birə 7 verirlər. Halbuki, mən onu, birə 700 verən birinə satmaq istəyirəm. Uca Allah, hər bir xeyir əmələ qarşılıq olaraq 700 qat əcir və mükafat verəcəyini vəd etmirmi? Belə karlı bir ticarət varkən, mən nə üçün malımı onlara satmalıyam?”

Hz. Osmanın bu cavabından sonra, tacirlər dərin bir düşüncəyə daldılar. Onun haqqında zənnə qapılaraq xəta etdiklərini anlamışdılar. Hz. Osman, 100 dəvə yükü buğdanın hamısını Mədinə xalqına sədəqə olaraq payladı. Kasıb və yoxsulların üzünü güldürdü. Şəhərdəki qıtlıq da büyük bir ölçüdə aradan qalxmış oldu.

Read Previous

Azərbaycanda “28 May” Respublika Günü qeyd olunur

Read Next

Orucun qəzası