• 21 Dekabr 2024

SURİYALI GÖRMƏ MƏHDUDİYYƏTLİ UŞAQLAR HAFİZ OLDULAR

Suriyada davam edən vətəndaş müharibəsindən qaçaraq Türkiyə Qaziantep vilayətinin Nizip rayonuna pənah gətirən ailənin görmə məhdudiyyətli 3 övladı Quranı əzbərləyərək hafiz olublar. Kannavi ailəsinin anadanglmə görmə məhdudiyyətli 18 yaşlı Hibə, 13 yaşlı Nurulxüda və 11 yaşlı Mustafa valideynlərinin təşviqi ilə Qurani-Kərimi öyrənməyə başlayıblar.

Görmə məhdudiyyətli 2 bacı və 1 qardaş məşhur hafizləri dinləyərək hafizlik üçün ilk addımı atıblar. Özlərini hazır hiss edən uşaqlar hafizlik diplomu almaq üçün Qaziantep müftiliyinə müraciət ediblər.

Qaziantep vilayət müftisi Hüseyn Hazırlar uşaqların çox bacarıqlı olduqlarını, onların Quran oxumasını göz yaşları ilə dinlədiyini deyib.

islamveirfan

Read Previous

SPİRTLƏ DEZİNFEKSİYA GÜNAHDIRMI?

Read Next

UTANMIRSANSA İSTƏDİYİNİ ET!