• 27 Dekabr 2024

TƏVƏKKÜLÜ DOĞRU BİL, DOĞRU ET!

Təvəkkül lazımı tədbirləri alıb nəticəni Allaha həvalə etməkdir. Maddi və mənəvi səbəblərin hər birinə müraciət edib və bütün lazımı tədbirləri alıb, görüləcək başqa bir iş qalmadıqdan sonra Allaha güvənib etimad etmək və sonrasını Ona həvalə etmək deməkdir. Bir nəfər “Ey Allahın Rəsulu! Dəvəmi bağladıqdan sonramı Allaha təvəkkül edim, yoxsa bağlamadanmı? – deyə soruşdu. Rəsulullah (s.ə.s) Əvvəlcə onu bağla, sonra Allaha təvəkkül et! – buyurdu.” (Tirmizi, Sifətul-qiyamə, 60.) Bu hədis təvəkkülün ağıllı bir şəkildə hərəkət etdikdən sonra ediləcəyinin və heç vaxt vəsilələrə müraciət etməyin maneçilik törətmədiyinin, əksinə həm çalışmağın, həm də təvəkkül etməyin zəruri olduğunun ifadəsidir. Rəbbimiz təvəkküllə yanaşı, səbəb və vasitələri əldə etmək üçün səy göstərməyi əmr etmişdir. “Ey iman gətirənlər! Ehtiyatı əldən verməyib silahınızı götürün və (düşmənə qarşı) ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın!” (Ən-Nisa, 71.) səbəblərə müraciət etmədən “qədər nədirsə, o da olacaq.” Tərzindəki bir düıüncə isə tənbəllikdən, yaxud da ehtiyatı əldən verməkdən başqa bir şey deyil və İslamın təvəkkül anlayışı ilə əlaqəsi yoxdur.

Təvəkkül qarşılaşılan çətinliklərə səbr etmək, Allahın bizimlə olduğunu zehindən çıxarmamaq və yenə nəticəni Allaha həvalə etməkdir.  Təvəkkül edən şəxs Allaha olan etimadi ilə çətinliklərə səbr edər. Aza qane olması və xoşu gəlməyən şeylərə səbr etməsi səbəbiylə Hz. Peyğəmbər də “mütəvəkkil” (təvəkkül edən) adlandırılmışdır.

Möminlər yalnız Allahın onlar üçün təqdir etdiyi şeylərin başlarin agələcəklərini bilirlər və Ona etimad edirlər. Deməli təvəkküllə təslimiyyət aeasinda çox yaxın bir əlaqə vardır. Lakin insanın öz öhtəliyini yerinə yetirmədən qədərə razı və təslim olduğunu deməsi təvəkkül deyildir. Çünki qədərə inanmaq çalişmağa mane deyil. Möminin mövqeyi öz öhtəsinə düşəni yerinə yetirdikdən sonra bütün işlərində Allaha təslim olmaq, Onun vəkilliyini qəbul etmək, işlərinin nəticəsi haqqında heç bir narahatlığa qapilmadan Ona sonsuzca güvənməkdən ibarət olmalıdır. “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.” (Ət-Taləq, 3.) Bu ayədə də bildirildiyi kimi şuurlu şəkildə yalnız Allaha bel bağlayan bir şəxs Allahın ona kifayət etdiyinə inanar.

Təvəkkül tənbəllik və miskinliyin bəhanəsi deyil, çalişqanlığın, güc, hərəkət və fəaliyyətin hərəkətverici qüvvəsi olmalıdır

Read Previous

Peyğəmbərimizi (s.ə.s) Həzrət Əbu Bəkr kimi sevmək…

Read Next

31 MART SOYQIRIM