• 08 Oktyabr 2024

TRABZON AYASOFİYA MƏSCİDİ İYUNDA AÇILACAQ

Türkiyənin Trabzon şəhərində yerləşən və Bizans dövründən qalan tarixi “Ayasofiya” məscidində aparılan təmir-bərpa işləri iyunun sonunda başa çatacaq. İslamveirfan.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə Vəqflər idarəsinin Trabzon nümayəndəsi İsmət Çalık paylaşıb.

Çalık, 2018-ci ildə başlayan təmir-bərpa işlərinin bitmək üzrə olduğunu, bu proses zamanı istifadəçilərin və ziyarətçilərin ehtiyaclarının, həmçinin qoruma prinsiplərinin nəzərə alındığını deyib.

İsmət Çalık may ayı sonunda məbəd ətrafının ziyarətə açılacağını, iyun sonunda isə təmir-bərpa işlərinin tamam yekunlaşacağını bildirib.

Ayasofiya Komninos sülaləsindən olan imperator I Manuil tərəfindən 1250 – 1260-cı illər arasında monastr-kilsə kimi tikdirilmişdir. 1461-ci ildə Fateh Mehmet xanın Trabzonu fəth etməsindən sonra da kilsə kimi fəaliyyət göstərən məbəd, 1584-cü ildə Kürd Əli Bəy adlı bir vali tərəfindən məscidə çevrilmişdir.  

“Anadolu”

Read Previous

Varlıq da, Darlıq da İmtahandır

Read Next

HEÇ BELƏ DOSTUNUZ OLDUMU?