• 21 Dekabr 2024

TÜRKİYƏ XİN ERMƏNİSTANIN CAVABINI VERDİ

“Ermənistan hakimiyyətinin təcavüzkar milliyyətçi siyasətlərindən əl çəkərək ağıllarını başlarına alma vaxtı çatıb. Sevr sazişi bəhanəsi Ermənistanın növbəti təxribatıdır”.

Türkiyə Xarici İşlər Nazirliyinin 10 avqust 2020-ci ildə qəbul edilən Sevr sazişinin 100 illiyi bəhanəsilə Ermənistan hakimiyyəti tərəfindən yayılan açıqlamaya bildirdiyi  mövqedə belə qeyd olunub. 

Türkiyə XİN-in mövqeyində bildirilib ki, 10 Avqust 2020-ci il Sevr  sazişi  işğalçı və dağıdıcı xarakterli olduğu üçün qüvvəsini itirib: “Bu saziş vətənimizi parçalayaraq müstəqilliyimizə və hakimiyyətimizə son qoymağa çalışan məhvə məhkum bir ibrət vəsiqəsidir. Qəhrəman türk millətinin torpaqlarının mübarizəsi üçün apardığı Qurtuluş savaşındakı qələbəsindən sonra 1923-cü ildə iyulun 24-də qəbul edilən  Lozan Sazişi Sevr Sazişini qüvvədən salaraq tarixə gömüb”.

Qeyd ounub ki, aradan keçən bir əsrə rəğmən Ermənistanın qüvvədən düşmüş bir sənəddən mədət umması təəccüblü deyil: “Bu gün öz xalqının qayğısını çəkməkdə aciz qalan Ermənistan iqtidarının 100 il sonra Türk millətinin cırıb atdığı Sevr sazişini gündəmə gətirməsi absurddur”.

Sonda bildirilib ki, Azərbaycan torpaqlarını illərdir qanunsuz işğal edən Ermənistan regionda sülh və sabitliyə böyük maneə yaradır.

/Apa/

Read Previous

AZƏRBAYCANDA AVQUSTUN 21-DƏ MƏHƏRRƏM AYI BAŞLAYACAQ

Read Next

Hicrət və Məhərrəm ayı