• 22 Dekabr 2024

TÜRKİYƏDƏ CÜMƏ NAMAZI BİR MƏSCİDDƏ QILINMAĞA DAVAM EDƏCƏK

Türkiyədə cümə günləri cümə namazlarının qılınması tək məsciddə davam edəcək. Bu barədə Türkiyənin rəsmi dini qurumu “Diyanət” açıqlama yayıb.

“Bu çətin günlərdə oxunan xütbələrdə xalqımıza müsibətlər qarşısında bir möminin necə hərəkət etməsini öyrədirik, habelə tədbirin, təvəkkülün, duanın və yardımlaşmanın əhəmiyyətindən bəhs edirik, həmçinin onlara səbrli və qərarlı olmağı tövsiyyə edirik. Cümə xütbələrinin Diyanət TV və sosial şəbəkəlrdən canlı yayılması millətimizin paylaşmahissiyatını artıracaq, mənəviyyatını gücləndirəcək.” – deyə Diyanətin açıqlamasında bildirilir.  

Açıqlamada bu uyğulamanın davam edəcəyi, hər həftə sadəcə bir məsciddə təmsili olaraq cümə namazı qılınacağı, virus təhlükəsinə qarşı bütün zəruri tədbirlərin görüləcəyi, az sayda möminin iştirak etdiyi bu namazlarda dünyanın bu müsibətdən xilas olması üçün dua ediləcəyi vurğulanıb.

Qeyd edək ki, kovid-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində, bütün dünyada cümə və vaxt namazlarının məscidlərdə qılınması dayandırılıb.  

Mənbə: www.islamveirfan.com

Read Previous

Nəfs: Cəhənnəmə aparan marşrut

Read Next

Qədər dəyişməyəcəyinə görə dua etməyin faydası varmı?