• 23 Aprel 2024

TÜRKİYƏDƏ İSTANBULUN FƏTHİ GÜNÜ MƏSCİDLƏR AÇILACAQ

“May ayının 29-da məscidlər cümə namazı ilə birlikdə açılacaq.” İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Nazirlər kabinetinin iclasından sonra mətbuata açıqlama verən R. T. Ərdoğan ramazan bayramı günlərində bütün ölkədə komendant saatının tətbiq ediləcəyini deyib. Ölkə başçısı həmçinin, mayın 29-da bəzi məscidlərin açılacağını bildirib.

“29 may cümə günü cümə namazı ilə birlikdə, əvvəla valiliklərin və müftiliklərin müəyyən etdiyi şərtlərə uyğun olanlardan başlayaraq məscidlərimizi ibadətə açacağıq. Məscidlərimizdə bir müddət sadəcə zöhr və əsr namazları camaatla qılınacaq, digər vaxtlarda isə fərdi qaydada ibadət tətbiq ediləcək.” – deyə R. T. Ərdoğan qeyd edib.

islamveirfan.com

Read Previous

AÇIQ HAVADA CAMAAT NAMAZI İLƏ ETİRAZ AKSİYASI

Read Next

İPƏKYOLU NƏŞRİYYATDAN ƏN GÖZƏL BAYRAM HƏDİYYƏSİ