• 22 Noyabr 2019

Əbədi qurtuluşun açarı

qurtulushXəsislik edib sədəqə verməkdən uzaq durmaq, axirət həyatını təhlükəyə atmaqdır. Ayəti-kərimədə Rəbbimiz belə buyurur:

“(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.”(əl-Bəqərə, 195) buyuraraq biz qullarını xəbərdarlıq edir.

Təsəddüq edilməyən mal və nemətlər vəfasız yoldaş kimidir. Gün gəlib ömür sərmayəsi tükənincə o, vəfasızlığını göstərib sahibini yalnız və möhtac halda buraxar. Malından və imkanlarından vəfa umanlar, onları Allah yolunda infaq edərək, özləri üçün axirət sərmayəsi toplamalıdırlar. Bunun üçün də nəfsin tamahından xilas olmaq lazımdır.

Necə ki, ayəti kərimədə əbədi qurtuluş üçün xəsisliyi məğlub etməyin zərurəti belə ifadə ediliri:

(Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!” (Əl-Həşr, 9) Ancaq iblis, insanın gələcəyini qarartmaq üçün müxtəlif hilələrə əl ataraq ürəklərə vəsvəsə toxumları əkər. Ruzini verən Allah olduğu halda, bu barədə insanın ağılını ovlamağa çalışır. Ayəti-kərimədə buyurulur: “Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir.”(əl-Bəqərə, 268) Şeytanın bu hiyləsini çox yaxşı bilən Xəlifə Həzrəti Əli valilərinə daim xalqı düşünməyi və comərd olmağı tövsiyə edərək onları belə xəbərdarlıq edərdi:

“Əsla sizi çətinlik və darlığa düşmə ehtimalı ilə qorxudub yaxşılıqdan çəkindirmək istəyən xəsisi, böyük işlərə qarşı əzminizi sarsacaq qorxağı və zülmə əl ataraq sizə ehtirası yaxşı göstərəcək tamah sahibini müşavirə məclisini soxmayın!”

Nəfsin xəsisliyindən və şeytanın vəsvəsələrindən qurtulabilənlər, infaq etdiklərinin hədər olmadığını, əksinə onların axirətdə özlərini gözləyən səadət sərmayəsi halına gələcəyini çox yaxşı dərk edirlər. Necə ki, hədisi-şərifdə buyurulur:

“Haqqlarında andla söz söyləyə biləcəyim üç xislət vardır; bunları yaxşı yadınızda saxlayın:

1.Sədəqə verməklə qulun malı azalmaz.

2.Məruz qaldığı haqsızlığa səbredənin Allah şərəfini artırar.

3.Dilənmə qapısını açan kimsəyə, Allah kasıblıq qapısını açar.”(Tirmizi, Zühd, 17)

Mövlana Həzrətləri, infaqın malı əksiltməyip əksinə bərəkətləndirdiyi həqiqətini nə gözəl ifadə edir:

“Allahın yaratdığı yer üzünə, təmiz və sağlam bir toxum əkilsin və o toxum bitməsin; bu mümkündür mü? ”

“Fani və gəlib keçici olan bu yer üzü, müxtəlif bitkilər, meyvələr və məhsullar verməkdən dayanmırsa , yer üzündən daha geniş olan məna aləmi necə olar ki məhsul verməsin?”

“Dünya torpağının məhsulu hədsiz hesapsızdır. Bu dunyada bir dənin belə məhsulu yeddi yüz ikən o biri tərəfin məhsulunun nə qədər olacağını düşün! Mal, sədəqə verməklə azalmaz; xeyirli işlərdə sərf etmək , malı məhv olmaqdan qoruyar! ”

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 72 dəfə.

calal calalov

Read Previous

Kimsənin ahı kimsədə qalmaz

Read Next

Həcc kvotamız azaldıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.