• 20 Oktyabr 2020

Əcəl nədir? Ömür qısalıb uzanar?

Əcəl, lüğətdə təyin edilmiş vaxt, bir şeyin müddəti və ya müəyyənləşdirilmiş zamanın sonu mənalarına gəlir. Bu kəlmə daha çox insan ömrü ilə bağlı mənada işlənərək terminalogiyada ömür həyatının axırı, insan ömrünün sonu mənasında işlədilir. Buna görə əcəl ölümün meydana gəldiyi andır. Uca Allah buyurur:

“Allahın izni olmayınca heç kəsə heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır.”[1] Bu mənada hər canlı üçün tək bir əcəl vardır. Bu əcəl Allahın qəza və qədəri ilə olub, qətiyyən dəyişmir. Müəyyənləşdirilmiş əcəl, vaxtından nə əvvəl gələr, nə də təxir edilər. Qurani-Kərimdə bu haqda deyilir:

“Hər ümmətin (əzəldən müəyyən olumuş) bir əcəl vaxtı (ömrünün sina çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər.”[2]

İslam üləmasının əksəriyyətinə görə, öldürülülən bir kəs öz əcəli ilə ölmüşdür. Qatilin öldürməsi ilə onun (ölənin) əcəli dəyişməyib, ömrü də qısalmamışdır. Ayədə deyilir:

“Ölsəniz də öldürsəniz də, (axırda) mütləq Allahın hüzuruna toplanacaqsınız”.[3]

Ona görə də Allahın qəti olaraq qadağan etdiyi cana qıyma qadağasını işlədiyi üçün qatil həm günahkar, həm də məsuliyyət daşıyır. Əcəl həyatın şəkk-şübhəsiz və qəti olaraq sona çatdığı andır.


[1] Ali-İmran, 3/145.

[2] Yunus, 10/49.

[3] Ali-İmran 3/158.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 2 dəfə.

Fərahim Əzizov

Read Previous

VAXT QIZILDIR

Read Next

RUH VƏ NƏFS NƏDİR?