• 13 Noyabr 2019

Əgər müsəlmanıqsa bunları düşünməyimiz lazımdır.

dusunmek_gerekDərin dərin, ciddi ciddi düşünmək lazımdır.
Yerlərin, göylərin nə üçün yaradıldığını, aləmdəki hər bir varlığın yaradılış məqsədini düşünmək lazımdır. “Arada bir insan istehsalı olmayan bir dağa, bir ulduza, axan bir çayın qıvrımlarına diqqətlə bax. O zaman müdrikliyi və səbri biləcəksən. Daha da çox, bu dünyada tək olmadığını anlayacaqsan. “(Sidney Lovett)
Dərindən dərinə düşünmək lazımdır insan olmanın mənasını. Müsəlman olaraq təməl missiyamızın nə olduğunu.
Düşünmək lazımdır “ibadət” sirrini. “ibadətin” həcmini. “İhsan sirri” ni də bunlara əlavə edib bir dəfə daha, ciddi ciddi düşünmək lazımdır.
Aləmlərdən daha zəngin olan Uca Allah bizi yaratmağı nə üçün lazımlı hiss etdi? “Onu dərk edək, təqdir edək” deyə mi düşündü?
Xeyr, məsələnin dəstəmaz alıb namaz qılmaqla bitmədiyini, əksinə yeni başladığını düşünürəm.
Dərindən dərinə düşünmək lazımdır “olanı və olması lazım olanı.” Olanla olması lazım olan arasındakı fərqi qavradığımız gün, böyük bir gün olacaq.
Düşünmək lazımdır “Allah üçün çalışmağın” nə anlama gəldiyini.
Dərindən düşünmək lazımdır “aləmlərinin aləmini”
Dünyanın harasında, hansı universitetində nələrin danışıldığını düşünmək lazımdır.
Dərindən dərinə düşünmək lazımdır Ümməti Məhəmmədin pərişan halını.
“Əgər möminsinizsə, ən üstün sizsiniz” ayəsini, bir də olub bitənləri ciddi ciddi düşünmək lazımdır.
Düşünmək lazımdır, torpaqların müsəlman qanına nə üçün doymadığını. “Allahu əkbər” deyib baş kəsməyi cihad sananların hansı təhsil və tərbiyə tələlərində bu hala gətirildiyini.
Düşünmək lazımdır ədalət tələb edən bir dünyanın nə üçün qurula bilmədiyini. Ədalətin gözətçilərinin haralarda qaldığını.
Düşünmək lazımdır dərindən dərinə, iki milyard müsəlmanın başının harada qaldığını. Niyə başların ayaq, ayaqların baş olduğunu. “Ağılsız başın dərdini ayaqlar çəkərmiş.” Niyə ağılın “palçığa batmış eşşək” qəbul edildiyini bir dəfə daha, düşünmək lazımdır.
Düşünmək lazımdır nə üçün müsəlman ağlının elm, düşüncə və texnika kəşfetmədiyini. İki milyardlıq müsəlman dünyanın nə üçün insanlığa bir şeylər vermədiyini.
Şanlı kitabımızın nə üçün bizi şanlı hala gətirə bilmədiyini yenidən, ciddi ciddi düşünmək lazımdır.
Tarixin qırılma nöqtələrini, qıranların kim olduğunu və nə üçün qırdıqlarını düşünmək, bilmək və yüksək səslə söyləmək lazımdır.
Quran, “düşünən” bir qövmə ithaf edilmişkən nə üçün sadəcə xətm oxunmaqla kifayət edilir? Bir dəfə, bir dəfə daha düşünmək lazımdır.
Ölümü və sonrasını dərindən dərinə düşünmək lazımdır.
“Bu gün yenə ölümü yaxşıca düşündüm
Sanki girdim məzara qar altında üşüdüm. ”
Ölüm danışınca hər şey susarmış. Susmalı və dayanıb düşünməli ölümü.
Öləcəyiksə, niyə doğulmuşuq görəsən?
Düşünməyəcəyiksə “özümüz çalıb özümüz oynayacağıq” bir dairə içərisində dönüb dayanacağıq deməkdir.

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 100 dəfə.

calal calalov

Read Previous

Onların namazı

Read Next

Qul haqqı vitrinlərə düzüldü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.