• 26 May 2019

Ərdoğan: “İctimai məkanlarda başörtüyü problemi aradan qaldırılacaq”

BASBAKAN[1] Türkiyənin Baş naziri problemin tədricən həllinə üstünlük verdiklərini deyib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Avstriya səfərindən qayıdarkən təyyarəsində jurnalistlərlə söhbərində ictimai yerlərdə və işdyerlərində başörtüyü probleminin tamamilə həll ediləcəyini bildirib.
Hazırda başörtülü xanımların bir sıra banklarda, eləcə də “Türkiyə Hava Yolları” şirkətində işləyə bildiklərini deyən Ərdoğan prosesin davam edəcəyini vurğulayıb. Baş nazir iqtidarda olduqları 10 il ərzində başörtüyü ilə bağlı bir sıra problemlərin aradan qaldırıldığını da xatırlayıb.

“Başörtülü tələbələr diplomlarını ala bildilər, bir sıra müəssisələrdə işlə təmin olundular. Bu proses davam edəcək və başörtüyü ilə bağlı problemlər tədricən öz həllini tapacaq”, – deyə Ərdoğan jurnalistlərlə söhbətində qeyd edib.

/azerimuslims/

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 66 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Qonşu Haqları

Read Next

Türkiyədə bir ilk: karlar və lallar da cümə xütbələrini dinləyə biləcəklər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir