• 09 Dekabr 2019

Əsl müəllim necə olmalıdır?

Xanım Thompson sinif muellimi5-ci sinif tələbələrinin qarşısına ilk dəfə çıxdığı gün onlara bir yalan söyləmişdi. Bir çox müəllimlərin etdiyi kimi, o da, tələbələrinə baxdı və onlara: “hamıınızı eyni dərəcədə sevirəm” dedi. Bu mümkün deyildi, çünki, sinifdə  ən ön sırada həyatdan küsmüş kimi görünən bir şagird oturmuşdu. Onun adı Teddy Stoddard idi. Xanım Thompson, Teddiyə nəzarət etməyə başlamış və onun digər uşaqlarla oynaya bilmədiyini, geyiminin və bədəninin çox çirkli olduğunu, gözəlcə yuyunması lazım gəldiyini görmüşdü.  Teddy heç də xoşbəxt bir uşaq kimi görünmürdü.
İşlədiyi məktəbdə xanım Thompson, bütün şagirdlərin keçmişdəki qeydlərini araşdırmaqla vəzifələndirilmişdi. Lakin, nədənsə Teddy-nin məlumatlarını ən sona saxlamışdı. Onun sənədlərini araşdırdıqdan sonar xeyli fikrə getdi. Çünki, birinci sinif müəllimləri: “Teddy ağıllı bir uşaqdır və hər an gülməyə hazırdır. Tapşırıqlarını nizamlı olaraq yerinə yetirir və çox yaxşı xasiyyətlidir. Yoldaşları onunla olmaqdan çox razıdırlar.” deyə yazmışdılar.
İkinci sinif müəllimləri:
“Teddy, əla bir şagirddir, yoldaşları tərəfindən sevilən, lakin evdə anasının amansız xəstəliyi onu narahat edir və hər halda evdəki həyatı çox acınacaqlıdır.” Deyirdilər.
Üçüncü sinif müəllimləri:
“Anasının ölümü Teddy üçün çox çətin oldu. Atası ona kifayət qədər vaxt ayıra bilmir. Ona ciddi dəstək verilməzsə evdəki mənfi həyat tərzi onu məhv edəcəkdir.” deyə yazmışdılar.
Dördüncü sinif müəlliminə gəlincə:
“Teddy ətrafındakılara heç məhəl qoymur. Məktəbə də maraq göstərmir, heç yoldaşı yoxdur və bəzən sinifdə yatır.” demişdi.
İndi xanım Thompson problemi həll etmişdi və özündən utanırdı. Bir yeni il günündə tələbələri ona gözəl kağızlara sarılaraq bəzəkli bir şəkildə qablaşdırılmış yeni il hədiyyələri gətirdiklərində xanım Thompson  özünü daha da pis hiss etdi. Çünki, Teddy-nin hədiyyəsi kobud qəhvəyi bir kağıza yöndəmsiz sarılmışdı. Bunu digər tələbələrin qarşısında açmaq onu çox narahat etdi.
Bəziləri, paketten çıxan saxta daşlardan hazırlanmış, bir neçə daşı da düşmüş bilərziyi və üçdə bir hissəsi dolu olan ətir şüşəsini görüncə gülməyə başladılar, lakin müəllimə, bilərziyin nə qədər zərif olduğunu söyləyərək və ətirdən də bir neçə damla biləyinə damladaraq onların bu gülmələrini ört-basdır etdi.
O gün məktəbdən sonra Teddy müəlliməsinin yanına gələrək; “Xanım Thompson, bu gün eyni anam kimi ətir saçdınız” dedi.
Uşaqlar getdikdən sonra müəllimə, təxminən bir saat qədər ağladı. O gündən sonra da uşaqlara oxuma, yazma, riyaziyyat öyrətməklə bərabər onları tərbiyə etməyə də başladı. Teddy-yə xüsusi bir maraq göstərdi. Onunla çalışarkən zəkasının təkrar canlandiğini hiss etdi. Ona cəsarət verdikcə uşaq inkişaf edirdi. İlin sonuna qədər, Teddy sinifin ən çalışqan şagirdlərindən biri olmuşdu.
Müəllimin, hamınızı eyni dərəcədə sevirəm yalanına qarşı Teddy, onun ən sevdiyi şagird olmuşdu.
Müəllimə bir il sonra, qapısının altından bir məktub tapdı. Məktubu Teddy yazmışdı. Bütün həyatındakı ən yaxşı müəllimin O olduğunu yazırdı. Beş il sonra Teddy ikinci bir məktub göndərdi. Məktubda məktəbi bitirdiyini və sinifdəki üçüncü ən yaxşı şagird olduğunu və xanım Thompsonun hələ də həyatında gördüyü ən yaxşı müəllim olduğunu yazırdı. Dörd il sonra, Teddy bir məktub daha yazdı. Məktubda, çox çətinlik çəkərək universitet oxuduğunu və əla dərəcəylə məzun olmaq üçün çox çalışması lazım olduğunu yazırdı. Və xanım Thompson hələ də onun həyatında tanıdığı ən yaxşı müəllimə idi.
Dörd il sonra bir məktub daha gəldi. Əla bir dərəcəylə universitetdən məzun olduğunu amma daha irəliyə getmək istədiyini yazırmışdı. Və hələ də xanım Thompson onun tanıdığı və ən çox sevdiyi müəllimə idi. Ancaq bu dəfə məktubun altındakı imza bir az daha uzun idi. Theodore F.Stoddard Tip Doktoru.
Bu hekayə burada bitmədi. Xanım Thompson yayda bir məktub daha aldi. Teddy həyatinin qızıyla tanış olduğunu və evlənəcəyini yazmışdı. O, müəlliməsindən xanım Thompsonun toy günündə bəyin ana və atası üçün hazırlanmış  yerdə oturub otura bilməyəcəyini soruşurdu. Xanım Thompson təbii ki bu təklifi rədd etmədi. Təxmin edin nə oldu?
Xanım Thompson mərasimə gedərkən illərdir saxladığı bir neçə tasi düşmüş olan o bilərziyi taxdı, Teddy-nin ona verdiyi və anası kimi ətir verdiyini söylədiyi ətirdən sürməyi də unutmamışdı. Bir-birlərini sevgiylə qucaqlayarkən, Teddy, onun qulağına “Mənə inandığınız, özümü əhəmiyyətli hiss etməmi təmin etdiyiniz və məni belə dəyişdirdiyiniz üçün sizə çox təşəkkür edirəm  xanım Thompson.” deyə pıçıldadı.
Xanım Thompson gözündə yaşlarla ona qarşılıq verdi: “Yanılırsan Teddy! Mən sənə deyil, sən mənə çox şey öyrətdin. Səninlə qarşılaşana qədər mən müəllimliyin nə demək olduğunu bilmirdim…

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 939 dəfə.

calal calalov

Read Previous

Niyyətlə əlaqəli hədisi şəriflər

Read Next

Uşaq tərbiyəsində 3 qızıl qayda

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.