• 20 Avqust 2019

100 min ingilis müsəlman oldu

ingilis-muselmanlar

Son 10 ildə müsəlman olan 100 min ingilisin üçdə ikisi qadındır.

İngiltərənin “Tayms” qəzetində İngiltərədə İslamı qəbul edərək, müsəlman olanlarla bağlı aparılan araşdırmanın nəticələri açıqlanıb. “İki mədəniyyət arasında qalmaq” sərlövhəli məqalədə araşdırma nəticəsində olduqca maraqlı məqamların aşkar edildiyi qeyd olunub.

Krallığın “İnanc işləri” vəqfinin araşdırmasına görə, son 10 ildə İslam dinini qəbul edənlərin sayı iki dəfə artaraq, 100 min nəfəri ötüb. Araşdırma nəticəsində müsəlman olan ingilislərin orta yaş həddinin 27,5 olduğu, eləcə də İslamı qəbul edən ingilislərin üçdə ikisini qadınların təşkil etdiyi müəyyən edilib. Həmçinin, məqalədə krallıq ərazisində müsəlman olan demək olar ki, bütün qadınların başörtüyü geyindiyi bildirilib.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 64 dəfə.

Müşfiq Xəlilov

Read Previous

20 ilin keşişi müsəlman oldu, ölkə qarışdı

Read Next

“Taliban” döyüşçüləri Host vilayətindəki ABŞ hərbi bazasına hücum ediblər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.