• 15 Dekabr 2019

100 yaşında təkbaşına umrə ziyarətinə getdi

umre

Türkiyənin Osmaniyyə rayonunun Qədirli bölgəsində yaşayan 100 yaşlı Mehmet Kurtgöz Dini İşlər İdarəsinin təşkil etdiyi umrə ziyarətinə getdi.

Bir əsrlik həyatında nəvəsinin nəvəsini görən və əvvəllər də həcc ziyarətinə gedən Kurtgöz bu dəfə təkbaşına umrə ibadəti üçün müqəddəs torpaqlara getməyin həyəcanını yaşadı. Adana Hava Limanında ən büyük nəvəsi 46 yaşlı Adəm Tahta tərəfindən dualarla yola salınan Mehmet Kurtgöz Allahın belə bir hissi bütün inananlara nəsib etməsini dilədi. Yaşının çox olmasına baxmayaraq, bütün ehtiyaclarını ödəməsi və sağlam olması ilə diqqəti cəlb edən, 5 oğlan uşağı və 27 nəvəsi olan Kurtgöz dedi: “Əvvəl də həyat yoldaşım və özüm üçün həcc fərzini həyata keçirmək üçün müqəddəs torpaqlara getdim. Artıq o yerləri tanıyıram. Heç kimə ehtiyac hiss etmədən təkbaşıma getməyə gücüm çatar. Peyğəmbərin yurduna gedirəm. Çox həyəcanlıyam və çox sevinirəm.”

Belə dinc qalmasını çox yeriməsilə əlaqələndirən Kurtgöz, həyatının necə tez keçməsindən bəhs etdi. Beş vaxt namazlarını məsciddə ayaq üstdə qıldığını ifadə edən Mehmet Kurtgöz fikrini belə bildirdi: “Bəzən yeməklərimi özüm hazırlayıram, bəzən də gəlinlərimin evinə gedirəm. Nəqliyyat vasitələrilə getməyi sevmirəm. Yay aylarını qohumlarımın yanına getməklə keçirirəm.”

Peyğəmbərimiz Hz. Muhəmmədin (sallallahu aleyhi va səlləm) məscidində iki rükət namaz qılacağını və istəyənlərin salamını çatdıracağını bildirən Kurtgöz yaylalarda yemək-içməyinə diqqət etdiyini dedi.

Kurtgözü səfərə yola salmağa gələn ən böyük nəvəsi Adəm Tahta insanların, onun babasının enerjisinə təəccübləndiyini qeyd etdi. Kurtgözün namaz qılmaq üçün daim məscidə getdiyini xatırladan Tahta dedi: “Biz də babamızın bu sakitliyi və sağlamlığı haradan alması ilə maraqlanırıq. Səkkiz il əvvəl həyat yoldaşı Hüsnəni itirdi. İndi tək yaşayır. Lakin Övliya Çələbi kimi Türkiyənin hər yerində oğullarına və nəvələrinə baş çəkir. Bu gün mənə zəng edib umrəyə gedəcəyini bildirdi. Onu qarşıladım. Onun belə qıvraq qalması çox yeriməsinə görədir. Allah ona uzun ömür və cansağlığı versin. Umrədə bizim üçün də dua etməsini bildirdim.”

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 62 dəfə.

Müşfiq Xəlilov

Read Previous

20 qəpik (Yaşanmış ibrətli bir hekayə)

Read Next

Yenə Qurani-Kərimə qarşı təxribat, yenə ABŞ…

One Comment

  • ALAHU AKBAR. ALLAH size HACC Ziyaretinide qismet elesin INSHALLAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.