• 19 Mart 2024

31 MART SOYQIRIM QURBANLARININ XATİRƏSİ YAD EDİLİR

12Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 96 il ötür.

ANS PRESS-in məlumatına görə, 1918-ci ilin martında Stepan Şaumyanın rəhbərliyi ilə Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaradıblar. Martın 31-də Bakı şəhərində Azərbaycanlıların kütləvi qırğını başlayıb. Bakıda 20 minə yaxın günahsız insan, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülüb. Gördüyünüz bu fotolar soyqrımdan sonra çəkilib və 90 ildən artıq Fransa arxivlərində saxlanılıb. Onları ötən il tarixçi Solmaz Tohidi taparaq nüsxələrini ölkəyə gətirib.

Soyqırım siyasəti təkcə paytaxtla məhdudlaşmayıb. Erməni daşnakları Şamaxı qəzasında 8 mindən çox azərbaycanlını qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. İllər sonra Qubada aşkarlanan məzarlığın da məhz soyqrım qurbanlarının dəfn olunduğu yer olduğu sübuta yetirildi. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini aldı. Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən 31 mart Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.

mənbə:

anspress

Read Previous

SEVİMLİ PEYĞƏMBƏRİMİZ (SƏV)-İN EVİNİ ZİYARƏT EDƏK.

Read Next

1 APREL GÜNÜNÜN MƏNASINI BİLİRSİNİZMİ???

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.