• 03 Dekabr 2020

AÇIQ HAVADA CAMAAT NAMAZI İLƏ ETİRAZ AKSİYASI

Kosovonun payaxtı Priştina şəhərində bir qrup müsəlman gənc, ölkədə pandemiya səbəbindən bağlanmış məscidlərin açılmamasına qarşı etiraz aksiyası keçiriblər. Paytaxtın “İskəndər bəy” meydanında toplaşan əlcəkli və maskalı aksiyaçılar burada kütləvi olaraq əsr namazını qılıblar. Namaz vaxtı social məsafəqaydalarına riayət edən aksiyaçılar, hökumətdən məscidlərin açılmasını tələb ediblər.   

“Məscid qapılarının bağlı olması səbəbindən hiss etdiyimiz narazılığı ifadə etmək üçün açıq havada namaz qılmağa qərar verdik. Məscidlərin açılması, karantin rejiminin normallaşması prosesinin ikinci mərhələsinədaxil edilməliydi.” – deyə aksiyaçıların bəyanatında bildirilir.

Kosovo İslam Şurasının sədi Naim Ternava bir müddət əvvəl verdiyi açıqlamada, pandemiya səbəbindən ölkədə məscidlərin açılması üçün şərtlərin uyğun olmadığını demişdi.

İHA

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 13 dəfə.

Müşfiq Xəlilov

Read Previous

QMİ: MƏSCİDLƏRDƏ BAYRAM NAMAZININ QILINMASI MÜMKÜN DEYİL

Read Next

TÜRKİYƏDƏ İSTANBULUN FƏTHİ GÜNÜ MƏSCİDLƏR AÇILACAQ