• 28 Mart 2024

Afinada 15 məscid inşa ediləcək

atina15Tender başa çatdıqdan dərhal sonra Yunanıstan paytaxtında mərkəzi məscidin inşasına başlanılacaq.

 Yunanıstanın paytaxtı Afina şəhərinin meri Yorqo Kaminis müsəlmanların ibadət şəraitlərinin yaxşılaşdırılması tədbirləri çərçivəsində paytaxtda 15 məscidin inşa olunacağını deyib.
Kaminis Afinada mərkəzi məscidin inşa edilməsi məqsədilə yaxın günlərdə tender keçiriləcəyini bildirərək, ibadət evində 500-dək müsəlmanın namaz qıla biləcəyini qeyd edib. Afina meri mərkəzi məscidin istifadəyə verilməsi ilə qeyri-qanuni fəaliyyət göstərən ibadət məkanlarında qayda-qanun yaradılacağını bildirib.
Məlumat üçün deyək ki, paytaxt Afinadakı məsciddə minarə ucaldılması nəzərdə tutulmayıb.

/azerimuslims/

Read Previous

NATO Əfqanıstanda 11 uşağı qətlə yetirib

Read Next

İçki və Qumar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.