• 25 Aprel 2019

Allah Rəsulu (səv)-in Hz. Əliyə (r.a) tövsiyələri

alinin kiliciEy Əli! Gecələri qoyun sağacaq qədər bir müddət də olsa gecə namazı qıl. Səhər vaxtlarında dua və yalvarışda ol. Cünki bu vaxtda edilən dualar geri çevrilməz. Uca Allah belə buyurur: “Onlar səhərlərdə istiğfar edərlər, (günahlarının bağışlanmasını istəyərlər)”

-Ey Əli! Ölü yumaqdan boyun qaçırma. Ölü yumağa çalış. Çünki kim bir ölü yuyarsa, yetmiş günahı bağışlanar.

-Ey Allahın Peyğəmbəri ölü yuyan kimsə nə oxumalıdır?

-Ölünü yuyan kimsə ölünü yuyub qurtarana qədər “Ğufranəkə Ya Rəhman” yəni; “Ey mərhəmətinin hüdudu olmayan, Rəhman olan Allahım! Sənin məğfirətini istəyirik!” desin.

Ey Əli! Tək başına səfərə çıxma! Çünki şeytan tək olan kimsənin yanında olar. İki nəfərin yanına isə yaxınlaşa bilməz.

Ey Əli! Atın üzərində gəlsə belə səndən bir şey istəyəni geri çevirmə! Az da olsa bir şey ver. Çünki, sədəqə ehtiyac sahibinin əlinə çatmadan Allahın əlinə çatar.

Ey Əli! Zarafatçıl olma! Çünki bu insanın dəyərini düşürdüyü kimi sevincini də azaldır.

Ey Əli! Evinə girdiyin zaman ev əhlinə salam ver ki, evində xeyir və bərəkət çoxalsın.

Ey Əli! Yoxsul və kimsəsizləri sev ki, Allah da səni sevsin. Onları qovub tərk etmə ki, qiyamət günündə də mələklər səni qovub tərk etməsinlər. Sədəqə verməyə də əhəmiyyət ver. Sədəqə səndən pislik və bəlanı dəf edər.

Ey Əli! Kimsəyə həsəd aparma. Çünki həsəd, atəşin odunu yandırıb kül etdiyi kimi gözəl əməlləri də yox edər.

Ey Əli! İnsanları güldürmək üçün yalan danışan kimsəyə yazıqlar olsun! Yazıqlar olsun! Yazıqlar olsun!

Ey Əli! Bir kimsə sənə «Allahdan qorx!» dediyi zaman qəzəblənmə! Əks təqdirdə qiyamət günündə bu qəzəblənməyinin cəzasını çəkərsən.

Ey Əli! Beş şey vardır ki, onlar qəlbi öldürür. Çox yemək, çox yatmaq, çox danışmaq, çox gülmək, ruzi üçün qorxmaq.

Ey Əli! Beş şey qəlbi qaraldır. Günah üstünə günah işləmək, tox olduğu halda yemək yemək, zalımlıqla mal yığmaq, namazları vaxtında qılmamaq, sol əl ilə yeyib içmək.

Ey Əli! Qonşuna kafir olsa belə yardım et.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 118 dəfə.

calal calalov

Read Previous

Qurani kərim oxumağın fəzilətinə aid hədislər

Read Next

Allahın bizi əfv etməsi üçün lazım olan şərtlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir