• 18 Oktyabr 2019

ALMANİYADA ÜRƏKLƏRİ SİZLADAN ARTIM

almanyada_yurekleri_sizlatan_artis13868484470_h1105003Almaniyada istənməyən körpələrin buraxıldığı “körpə qutularının” sayı artmaqda davam edir. Son olaraq paytaxt Berlində bir xəstəxanada, valideynlərinin gizlicə körpələrini tərk edə bilməsi üçün bir “körpə qutusu” inkişaf etdirildi.“Körpə qutularının” Avropada artması Birləşmiş Millətlər Təşkilatını hərəkətə keçirdi. BMT səlahiyyətliləri, bu tətbiqatın uşaq hüquqlarının pozuntusu mənasını verdiyini ifadə edir.

Berlindəki “Saint Cozef” xəstəxanasının xarici divarına yerləşdirilən “Babyklappe” adı verilən sistemdə, uşaqlar, sobaya bənzəyən qapaqlı bir bölməyə yerləşdirilir. Qutu bağlandıqdan sonra içindəki həyəcan siqnalı çalmağa başlayaraq xəstəxana personalını xəbərdar edir. Körpə 2-3 dəqiqə içində xəstəxana personalı tərəfindən, qutunun xəstəxananın içərisindəki qapısından alınır. Qutunun içində körpəni buraxanlara xitab olaraq yazılmış bir məktub da var. Məktubda, körpənin baxımının 8 həftə boyunca dövlət tərəfindən yerinə yetiriləcəyi və valideynləri 2 ay içində ortaya çıxmazsa, övladlıq veriləcəyi xatırladılır.

Orta əsrlərdə, Avropada məşhur olan sistemin indiki vaxtda da yayılmağa başlaması Birləşmiş Millətlər Təşkilatının hərəkətə keçirdi. BMT səlahiyyətliləri, tətbiqatın uşaq hüquqlarının pozuntusu mənasını verdiyini və körpəni buraxanların şəxsiyyətinin gizli qalması səbəbiylə, yalnız anaların deyil, körpəni istəməyən digər ailə üzvlərinin də eyni üsula başvurabiləcəyi mövzusunda narahatdır.

BMT Uşaq Hüquqları Komitəsi, uşaq qutularının Avropada bir çox ölkədə istifadə edildiyini, lakin 99 qutuyla ən yüksək rəqəmin Almaniyada olduğunu açıqladı. Almaniyanı, 45 qutuyla Polşa izləyir. Çex Respublikası, Vatikan, İsveçrə kimi ölkələrin yanında, Kanada və Malayziyada da uşaq qutuları mövcuddur.

Almaniyanın baş naziri Angela Merkel, Bebek qutularına bir alternativ tapılması üçün Məclisə təklif irəli sürdü. Buna görə də, analar, şəxsiyyətlərini xəstəxana personalı xaricində heç kimsəyə bildirmədən, xəstəxanada doğum edə biləcəklər. Ananın şəxsiyyəti, 16 il boyunca uşaqdan gizli qalacaq və sonra uşağın istəyinə bağlı olaraq şəxsiyyət açıqlanabiləcək .

MƏNBƏ:

haber7.com

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 47 dəfə.

calal calalov

Read Previous

TÜRKİYƏ MİLLİ MƏCLİSİNDƏ BİR İLK

Read Next

BU QƏRAR MÜSƏLMANLARI SEVİNDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.