• 17 Sentyabr 2019

Ankara şəhərindəki nümunəvi məscid hamının diqqətini çəkdi

cocuklar_camiTürkiyənin Ankara şəhərindəki Əhməd Hamdi Akseki Məscidinə ailələriylə birlikdə təravih namazına gələn uşaqlar, özləri üçün hazırlanan oyun sahəsində əyləncəli vaxt keçirirlər.
“Türkiyə Diyanət İşləri Başqanlığı”nın xidmət binasının yanında yerləşən Əhməd Hamdi Akseki Məscidində uşaqlar üçün oyun sahəsi təşkil edildi.
Uşaqlara namaz boyunca, vəzifəli bir nəfər də təhlükəsizlik məqsədiylə nəzarət etdi.
Məscidin müəzzini Mansur Sağır, jurnalistlərə verdiyi açıqlamasında, pilot layihə olaraq başlatdıqları layihənin üzərində uzun bir müddətdir çalışdıqlarını bildirdi.
Layihənin, məscid camaatı tərəfindən də bəyənildiyini deyən müəzzin, belə bir açıqlama verdi:
“Camaatımızın ən kiçik bir şikayətinə rast gəlmədik. Təravih namazına 50-100 arasında uşaq gəlir. Məqsədimiz, bu uşaqların məscidi sevməsi, məscid havasını tənəffüs etməsi, gələcəkdə quranla, məscidlə daha çox məşğul olmalarını təmin etmədir. Onlara məscidi sevdirmək hədəfimizdir. Necə bir şey edə bilərik düşüncəsiylə bu qərarı verdik. Camaatımız də bu layihə səbəbiylə rahat bir şəkildə namazlarını qılırlar. Oyun sahəsi sayəsində uşaqlar bir-biriylə ünsiyyət quraraq yoldaşlıq edirlər. Oyun sahəmiz səbəbiylə məscidimizə çox uzaqlardan gələn camaatımız var. Hətta Ankaranın ən uzaq məhləsi olan Pursaklardan belə gələnlər var. Təhlükəsizlik məqsədi ilə davamlı uşaqlara nəzarət edən bir vəzifəlimiz də var. ”
Məsciddəki oyun sahəsində oynayan uşaqlardan Əhməd Yasin Faslı, Yeniməhəllədən gəldiyini və oyun sahəsini çox bəyəndiyini söylədi.
Yağmur Baruk da məscidə ana və atasıyla gəldiyini, ən çox taxta oyuncaqları sevdiyini bildirdi. Yağmurun atası Məhəmməd Bahri Baruk isə oyun sahəsinin yaxşı düşünülmüş, gözəl bir tətbiq olduğunu ifadə edərək, əməyi keçənlərə təşəkkür etdi.
Pilot layihə olaraq başlanan bu layihənin fərqli məscidlərdə də həyata keçiriləcəyi ifadə edildi.

Mənbə:islamveihsan.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 79 dəfə.

calal calalov

Read Previous

Ramazan ayında hansı ibadətləri edə bilərik

Read Next

Ramazan söhbətləri (video)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.