• 19 Mart 2024

Aşura günü oruc tutmaq

Ramazan orucu fərz olmamışdan əvvəl Məhərrəm ayının 10-cu günündə (Aşur günü) oruc tutmaq vacib idi. Ramazan orucu fərz olduqdan sonra aşura orucu sünnət oldu. Bu baxımdan Ramazan orucundan sonra ən fəzilətli oruc, Məhərrəm ayının 10-cu günü olan Aşur günündə tutulan orucdur. Ancaq həmin günü yəhudilər də oruc tuturdu. Bunun üçün hədisi şərifdə:

“Aşura orucunu tutun. Lakin bir gün öncə və yaxud bir gün sonra tutmaq sürəti ilə yəhudilərə müxalifət edin” buyurulmuşdur. (Ahmed, I, 241; Bezzâr, no. 1052; Heysemî, III, 188)

Çünki qeyri müsəlmanlara bənzəməmək, İslamın şəxsiyyət və qürurunu qorumağın  ən mühüm şərtlərindəndir. Buna görə də Peyğəmbər əfəndimiz (səv) ibadətlərdə belə qeyri müsəlmanlara bənzəməyi qadağan etmişdir. Nmazaın hər rekatında oxuduğumuz, Fatihə surəsinin son ayəsində; “غير المغضوب عليهم ولا الضالين”, buyurularaq qeyri müsəlmanların yoluna uymamaq üçün xəbərdar edilməkdəyik.

Yeganə haqq din olan İslam mükəmməl bir dindir. Mükəmməlin isə özündən aşağı olana aşağıya ehtiyacı yoxdur. Buna görə də hər bir müsəlman öz həyatının hər bir mərtəbəsində İslamı və onun qanunlarını qorumaq məcburiyyətindədir.

Mənbə:islamveihsan.com

Read Previous

Oktyabr 2017

Read Next

Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.