• 28 Mart 2024

Azərbaycan əsgərlərinə şad xəbər

28758

     10 gün müddətində Müdafiə Nazirliyinin bütün hərbi hissələrində şəhərlərarası taksofonlar quraşdırılması tapşırılıb…

Regionlarda olan bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar qurulacaq. Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinə tapşırıq verib. 10 gün müddətində Müdafiə Nazirliyinin bütün hərbi hissələrində şəhərlərarası taksofonlar quraşdırılması tapşırılıb.

ANS PRESS ICTNews-a istinadən bildirir ki, Bununla əlaqədar olaraq tələbata uyğun telefon nömrələri ayrılacaq. Ayrılmış nömrələrin yalnız 123-124 (Tac kart) prefiksinə çıxışı təmin ediləcək. Hərbi hissələrdə mobil telefonların istifadəsi qadağan olunduğundan və əsgərlərin taksofon xidmətindən kütləvi istifadəsini nəzərə alaraq taksofonların texniki və estetik vəziyyətini daim nəzarətdə saxlamaqla yerlərdə əvvəlcədən ödəniş “Tac kart”ların satışı təmin olunacaq.

Eyni zamanda taksofonlarda istifadə qaydaları və yeni şəhərlərarası yığım kodları haqda məlumatlarla təmin ediləcək.

Xatırladaq ki “Tac kart” sistemi rabitə sahəsində debitor sisteminə alternativ yaradılan kreditor sistemidir.
Belə ki, abunəçi debitor sistemində apardığı beynəlxalq və şəhərlərarası danışıqların haqqını ona göstərilən xidmətdən sonra, “Tac kart” sistemində isə danışığı telefonun balansına pul vəsaiti qoymaqla həyata keçirir. Abunəçilər “Tac kart” sisteminə qoşulmaq üçün əvvəlcə 2,4 və 10 manatlıq “Sim-Sim kart”a bənzər “Tac kart” əldə etməlidir. Bundan sonra o, mənzilindəki telefonundan əvvəlcə 124 nömrəsini yığmaqla balansını öyrənir və “Tac kart”ın üzərindəki pin kodu daxil etməklə balansına pul vəsaiti (kontur) yükləyir.

Bundan sonra abunəçi beynəlxalq və şəhərlərarası danışıq aparmaq üçün 123 kodunu yığaraq stansiyanın hazırlıq siqnalını alır və bundan sonra nömrəni yığır.

Qeyd edək ki, bundan əvvəl bir çox hərbi hissələrin yaxınlığında poçt şöbələri və ayrıca danışıq məntəqələri fəaliyyət göstərməklə xidmət təmin olunurdusa, yeniliyin tətbiqindən sonra bu işlər daha modern şəkildə qurulacaq.

Mənbə: ANS PRESS   Keçid üçün klik et

 

Read Previous

Azərbaycanda qeyri-adi təbiət hadisəsi

Read Next

Sardiniya adasında böyük fəlakət – 17 ölü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.