• 25 Aprel 2019

Bİr Hafizlik mədrəsəsi tələbəsinin dilindən. “Hafizlik nədir?”…

hafizlikMən bir hafizlik tələbəsiyəm. bir neçə ayda hafizlik ediləbiləcəyini eşidəndə əvvəl çox çaşdım və sonra çox düşündüm. Hafizlik nədir?

Hafizlik məgər bir könül işiymiş. Əvvəl heç ağlımda yoxkən bir vəsilə ilə başlamaq, sonra onu iliklərində hiss edib asılılıq yaratdığını  görməkmiş. Sevgilisindən ayrılan aşiq misalı acı çəkib vüslət (qovuşmaq) üçün yalvarmaqmış. Onun sahibinə… Dərs çalışarkən özündən keçib dünya ilə əlaqəni kəsməkmiş. Müəllimlərimizin, “Sizlər qiymətli daşlar içində ən qiymətli olanlarsınız” sözlərində itib Yaradanın nə qədər lütüfkar olduğunu bir dəfə daha anlamaqmış. Gələcəkdə yaxşı bir valideyn olmağa çalışdığında övladlarına ən gözəl xatirələrini izah edəcəyini düşünməkmiş. Dərsini hazırlamayıb ağladığında, bu dünyanın pisliklərindən səni təmizləyən tək şey olaraq görməkmiş gözyaşlarını. Və “Biz Onu (Quranı) bir dağa nazil etsəydik, şübhəsiz onu Allah qorxusundan baş əyərək parça-parça olduğunu görərdin” (Həşr, 21) ayəsini xatırlayıb, etdiyin işin nə qədər ağır və məsuliyyətli bir iş olduğunu yenidən dərk edəbilməkmiş.

Ümidini itirib başara bilməyəcəyini düşündüyün bir anda Hz. Ömərin (r.a) hər hansı bir ayəni həyatında yaşamadan o birini əzbərləmədiyini, beləcə dörd ildə yalnız Bəqərə Surəsini hifz etdiyini xatırlayıb utanaraq səbir küpünü yenidən doldurmaqmış. Gənc yaşda nəfsini tərbiyə etməyə çalışarkən səni çətinə saldğı zamanlarda gözyaşları içində səcdəyə qapanıb “Ya Rəbb, gücümü, səbrimi artır. Məni hafiz yaşat, hafiz öldür “deyə dua edərkən hıçqırıqlara boğulmaqmış.

Hər kəsin sənə hafiz olaraq verdiyi dəyər bir yana dursun Rəbbin açdığı və açacağı qapıları düşünərək içini rahatlatan dincliyin üzündə əks olunduğunu görməkmiş.

Dərsi üçün kədərlənən yoldaşına “kədərlənmə ən gözəl olan, ən çətin olandır” deyə təsəlli etməkmiş.

Yuxusuz keçən gecələrdə əbədi istirahəti düşünüb motivasiya olmaqmış. Bəzən rahilənin üstündə yatıb qalmaq, bəzən yeməyə gecikmək, bəzən də günlərlə tənəffüsə çıxmamaqmış Kəlamullahı əzbərləmək adına. Bu duyğuları bir neçə ayın harasına sığdırırlar bilmirəm amma sözlərimdən bir şey anlamayan varsa klassik iki cümləylə xülasə etməyə çalışım o zaman:

Hafizlik izah olunmaz yaşanar…

Mənbə:gencdergisi.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 49 dəfə.

calal calalov

Read Previous

Uşaq tərbiyəsində cəza və mükafat necə olmalıdır?

Read Next

Ən fəzilətli İstiğfar Duası

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir